spot_img
HomeElan və XəbərlərYaşıl Həyat Layihəsi: Gənclərlə birgə Yaşıl gələcəyə doğru!
spot_img

Yaşıl Həyat Layihəsi: Gənclərlə birgə Yaşıl gələcəyə doğru!

Gənclərin ekoloji savadlılığını artırmaq, aktual problemlərə kreativ həllər tapmaq üçün bir araya gəlirik! 😍

“Yaşıl Dünya” naminə Həmrəylik İli çərçivəsində baş tutacaq bu layihədə ekoloji savadlılığınızı artıracaq panel müzakirələrdə iştirak edə, yeni dostlar qazanaraq ətraf mühitin qorunması, iqlim dəyişikliyi və çirklənməylə mübarizə sahəsində innovativ layihələr hazırlaya bilərsiniz. 🤓

Komanda ruhunu ortaya qoyun və yaşadığımız dünyanı daha yaşıl etmək üçün mübarizəyə qoşulun! ✌

Bu, yalnız bir layihə deyil; bu, ekoloji transformasiyaya atılmış bir addımdır! Hazırsınızmı? Birlikdə dəyişiklik yaradaq! 💚✨

📅 Tarix: 07.12.2024

⏰ Saat: 10:00

📍Məkan: Bakı Gənclər Mərkəzi

❗Qeyd:
° Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.

❗ İştirak ödənişsizdir.

🔖 Seçilən gənclərin hər biri ilə əlaqə saxlanılacaqdır.

4️⃣ İştirak hüququ limitlidir.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar