spot_img
HomeElan və XəbərlərGənclər düşərgəsinə müraciətlər açıqdır
spot_img

Gənclər düşərgəsinə müraciətlər açıqdır

Gənclər və İdman Nazirliyi tərəfindən avqustun 11-dən 17-dək Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Region gənclərinin liderlik məktəbi III” layihəsi keçiriləcək.

Düşərgənin keçirilməsində məqsəd region gənclərinin fəallığının artırılması, komanda quruculuğu, nitq mədəniyyəti və idarəetmə sahəsində bilik və bacarıqlarını formalaşmaqdır.

Tələblər:

  • Yaş aralığı: 18-27 yaş;
  • İctimai-sosial fəaliyyəti ilə fərqlənən gənclər;
  • Bakalavr və magistr tələbələri.

Qeyd: Anket suallarına verilən cavablar və müəyyən olunan iştirakçı meyarları əsasında seçilən gənclər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsini uğurla tamamlayan gənclər təşkilatı komanda tərəfindən seçiləcək. Düşərgə qaydaları və proqram barədə iştirakçılara seçildikdən sonra məlumat veriləcək.

Son qeydiyyat tarixi: 22 iyul 2025-ci il, saat 15:00

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar