Metallurgiya və sənaye sahəsində təhsil almısan və real istehsalat mühitini yaxından tanımaq istəyirsən?
“Unimetal” şirkəti səni “yay təcrübə proqramına” dəvət edir
Bu proqram sənə nəzəri biliklərini praktikada sınamaq, sənaye proseslərini öyrənmək və peşəkar mütəxəssislərlə işləmək imkanı yaradacaq.
Təcrübə istiqamətləri:
• Metallurgiya
• Kimya mühəndisliyi
• Mexanika mühəndisliyi
Kimlər müraciət edə bilər?
• Yalnız məzunlar və ya bu il məzun olacaq sonuncu kurslar
• Texniki sahələrə marağı olan
• Komandada işləmə bacarığı olan
• Azərbaycan və ya ingilis dilində ünsiyyət qura bilən
Səni nələr gözləyir?
• Zavod mühitində praktiki təcrübə
• Real istehsalat proseslərinin öyrənilməsi
• Təcrübəli mütəxəssislərlə mentorluq
• Təcrübə sonunda iş imkanı
Proqram müddəti:
İyun – Avqust (6–8 həftə)
Müraciət üçün:
CV və qısa motivasiya məktubunu qeyd olunan ünvana göndərin. hr@unimetal.az
Şirkət haqqında məlumat:
https://lnkd.in/du8aUWtJ
Son müraciət tarixi: 23.05.2026
Gələcəyini sənaye ilə qur – bu fürsəti qaçırma!



