🚀 Yeni İKT “bootcamp”ına qeydiyyat başladı!
Azərbaycanın İKT sektorunda rəqabət üstünlüyü qazanmaq istəyənlər üçün inanılmaz fürsət! 🎓
✨ Agentliyimiz və “StrategEast” arasındakı yeni əməkdaşlıq çərçivəsində mühüm layihə başlayır.
“Digital LevelUP” ödənişsiz proqramı əsasında Oracle Universiteti ilə əməkdaşlıq qurularaq beynəlxalq sertifikatlı mütəxəssislər yetişdirmək hədəflənir.
📑Bu il və növbəti il ərzində keçiriləcək təlim proqramı 3 dalğada təşkil olunacaq və hər biri 4 ay davam edəcək. Hər təlim dalğasında ən az 70 nəfər olmaqla, 200-dən çox tələbənin iştirakı gözlənilir. Dərslər “özü öyrənmə” metodu ilə onlayn keçiriləcək.
🎯 Kimlər iştirak edə bilər?
- Kompüter elmləri üzrə fundamental biliklərə malik;
- İngilis dili biliyi olan 3-cü və 4-cü kurs bakalavr və magistrant
🔊 Proqramın üstünlükləri:
✅ Tələbələr “OCI Foundation Associate”, “Oracle Cloud Infrastructure Data Foundations Associate”, “OCI AI Foundation Associate” beynəlxalq sertifikat imtahanlarına pulsuz giriş imkanı qazanacaq.
✅ Proqram boyu mentor dəstəyi alacaqlar.
✅ Rəqəmsal transformasiya sahəsində qlobal standartlara uyğun bacarıqlarla rəqabət üstünlüyü əldə edəcəklər.
📅 Son qeydiyyat tarixi: 06.12.2024
🔗 Qeydiyyat üçün link
https://education.strategeast.org/?fbclid=PAZXh0bgNhZW0CMTEAAaZ9JFJ-ImhTc-RYaGLlbLmPOtMlCxFSdqO_bAZDVC_1LmZ64hhREl_n_60_aem_d_vV2C5QkvRKhBMsPNIegg
İKT dünyasının aparıcı mütəxəssislərindən biri olmaq şansını qaçırmayın! 🌍💼