Qlobal liderlik bacarıqlarını inkişaf etdirmək və beynəlxalq şəbəkəni genişləndirmək istəyən gənclər üçün nadir fürsət!
📍 Tarix: 15–18 iyul 2025
🏨 Məkan: Tbilisi Marriott Hotel, Gürcüstan
🎯 Son müraciət tarixi: 30 aprel 2025
Bu beynəlxalq proqram gənclərin təcrübəyə əsaslanan öyrənmə, mədəni müxtəliflik və liderlik bacarıqları üzərində işləməsi üçün möhtəşəm bir platformadır. Qlobal çağırışlara cavab verə bilən, sosial dəyişikliklərə təsir edən və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) sadiq gənc liderlər axtarılır.
🎓 Proqramın mövzuları:
- Gənclər və siyasət müdafiəsi
- Böhranlara cavab qabiliyyətinin gücləndirilməsi
- Etik liderlik və idarəetmə
- Süni intellekt və gələcəyin karyeraları
- Təcrübəyə əsaslanan öyrənmə və əməkdaşlıq
- Davamlı qlobal şəbəkələr
🎁 Təqaüd imkanları:
- 15 tam təqaüdlü yer
- 30 qismən təqaüdlü yer
- 5 yer SMM fəaliyyətinə görə qismən təqaüdlə
- 100 öz hesabına iştirakçı üçün yer
💼 Tam/Qismən təqaüdə daxildir: ✈️ Aviabilet (yalnız tam təqaüdlü üçün)
🏨 İki nəfərlik otaqda yerləşmə
📃 Viza dəstəyi və dəvət məktubu
🌐 Diplomatik və qlobal liderlərlə tanışlıq
🎤 Seminarlar, təqdimatlar, qrup müzakirələri
🏆 Sertifikatlar, mükafatlar, mədəni gecə və daha çox!
✅ Tələblər:
- 18–40 yaş arasında olmaq
- Sosial təşəbbüslərdə aktiv iştirak
- Liderlik və sosial sahibkarlığa maraq
- BMT-nin SDG-lərinə dəstək
- IELTS/TOEFL tələb olunmur
📩 Müraciət üçün:
- Onlayn ərizə formasını doldur
- Şəxsi və sosial fəaliyyətlərin barədə məlumat ver
- Nailiyyətlərini paylaş
- Bu proqramın sənin üçün əhəmiyyətini izah et
- Müraciət haqqını ödə və göndər
Gələcəyin lideri olmaq yolunda ilk addımını at!