Vəzifə öhdəlikləri:
– Texnologiya transferi fəaliyyətlərini strateji planlaşdırmaq, proqramları və təşəbbüsləri hazırlamaq və onların icrasına rəhbərlik etmək;
– Ali təhsil və elmi tədqiqat müəssisələri, dövlət qurumları və sənaye tərəfdaşları ilə əməkdaşlıq mexanizmləri qurmaq, danışıqlar aparmaq və tərəfdaşlıqları koordinasiya etmək;
– Tədqiqat və innovasiya layihələri üzrə maliyyələşdirmə mənbələrini müəyyənləşdirmək, tərəfdaşlarla birlikdə uyğun maliyyə modellərinin qurulmasına dəstək vermək;
– Texnologiya transferi proseslərində əqli mülkiyyətin idarə olunması, elmi tədqiqat nəticələrinin və innovativ həllərin kommersiyalaşdırılması üzrə daxili prosedurların və mexanizmlərin formalaşdırılmasına rəhbərlik etmək;
– Ali təhsil və elmi tədqiqat müəssisələrində texnologiya transferi proseslərinin qurulması, təkmilləşdirilməsi və vahid yanaşmaların tətbiqinə metodoloji və institusional dəstək göstərmək;
– Texnologiya transferi, kommersiyalaşdırma və sənaye ilə əməkdaşlıq mövzularında təlimlər və maarifləndirici sessiyalar hazırlamaq və keçirmək;
– Şöbənin daxili fəaliyyətini təşkil etmək, işçi heyətinə rəhbərlik etmək və komandanın inkişafına dəstək göstərmək;
– Şöbənin fəaliyyətlərini (proqramları, layihələri və s.) monitorinq etmək, icranı izləmək və müvafiq hesabatlar hazırlamaq;
– Təşkilatı yerli və beynəlxalq tədbirlərdə və əməkdaşlıq platformalarında təmsil etmək.
İş qrafiki: 1-5-ci günlər (08:30-17:30)
Son müraciət tarixi: 21.12.2025



