Hal-hazırda bankımızda IT Audit vakansiyası üzrə aşağıda qeyd olunan kriteryalara uyğun namizəd axtarılır.
Əsas vəzifə və öhdəliklər:
-IT sahəsi üzrə risk yönümlü audit planının qurulması və müvafiq olaraq icrası
-IT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması
-IT infrastrukturu üzrə mövcud biznes proseslərinin analizi və effektivliyinin artırılması üzrə təkliflərin verilməsi
-Bankda informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarətin mövcudluğunun yoxlanılması
-Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi
-Audit prosesində əldə edilmiş informasiyalar və nöqsanlar barəsində yazılı formada hesabatın hazırlanması və təqdim edilməsi
-Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi
Tələblər:
– IT Mühəndislik üzrə təhsil, Ali (o halda IT üzrə sertifikat),
-IT sahəsi (IT təhlükəsizlik, sistem inzibatçılığı, proqramlaşdırma, verilənlər bazası və s.) üzrə 2 ildən artıq iş təcrübəsi.
-IT Audit və risklərin idarə olunması üzrə biliklər
-Daxili və Beynəlxalq IT standartları üzrə biliklər
Uyğun namizədlərdən cv@ziraatbank.az adresinə müraciət etmələri xaiş olunur