spot_img
HomeTədqiqat"Yaşıl Hədəf: Azərbaycan Gənclərinin COP29 Missiyası" layihəsi çərçivəsində keçirilən konfransa dəvətlisiniz!
spot_img

“Yaşıl Hədəf: Azərbaycan Gənclərinin COP29 Missiyası” layihəsi çərçivəsində keçirilən konfransa dəvətlisiniz!

Dünya Azərbaycanlıları Gənclər Təşkilatı təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Yaşıl Hədəf: Azərbaycan Gənclərinin COP29 Missiyası” layihəsi çərçivəsində keçirilən konfransa dəvətlisiniz!

☘Lahiyə çərçivəsində artıq “Yaşıl Ölkəyə Xoş Gəlmisiniz” adlı video podkastlarımız çəkilmiş və “Yaşıl Ölkəm” adlı foto-müsabiqə baş tutmuşdur.

İndi isə “İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın rolu” konfransını həyata keçirərək gənclərin ekoloji fəallığını artırmağı hədəfləyirik. Konfrans zamanı panel müzakirə həyata keçiriləcək, foto-müsabiqənin qalibi olan şəkillərin sərgisi və podkastlardan qısa nümunələr təqdim olunacaq.

📌 Qeyd edək ki, konfrans zamanı foto-müsabiqənin qalibi olan şəkillərin sərgisi baş tutacaq və qaliblər hədiyyələrlə mükafatlandırılacaqlar.

👥 Hədəf qrupumuz: 18-26 yaş arası gənclərdir.

Qeyd: Qeydiyyatdan keçən iştirakçılar arasından seçilmiş şəxslər konfransda iştirak edə biləcəklər.

📅 Konfrans tarixi: 30 yanvar 2025

📍Məkan: Azərbaycan-Fransız Universiteti (UFAZ)

Gəlin, birgə daha yaşıl bir gələcək üçün çalışaq!

⌛ Qeydiyyatdan keçmək üçün son tarix: 28 yanvar, saat 21:00

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar