Birləşmiş Millətlər Universiteti (United Nations University – UNU) Tokio şəhərində yerləşən Rektor Ofisində Junior Fellows (Gənc Tədqiqatçılar) üçün beynəlxalq təcrübə proqramı elan edir. Bu beynəlxalq təcrübə proqramı 6 ay müddətinə nəzərdə tutulub və iştirakçılar UNU-nun baş qərargahında Junior Fellow kimi çalışacaqlar. Birləşmiş Millətlər Təşkilatının (BMT) fəaliyyəti ilə maraqlanan magistr və doktorant tələbələr bu fürsətdən yararlana bilərlər. UNU Junior Fellows Internship 2026 proqramı ödənişli təcrübə imkanı təqdim edir. Təcrübə müddəti 2 mart 2026 – 28 avqust 2026 tarixlərini əhatə edir. Əgər Yaponiyada beynəlxalq təcrübə keçmək istəyirsinizsə, aşağıdakı məlumatları diqqətlə oxuyun.
UNU Junior Fellows Təcrübə Proqramı haqqında məluma
Bu proqram iştirakçılara həm təlim, istiqamətləndirmə, həm də praktiki iş təcrübəsi qazandırmağı hədəfləyir. UNU Junior Fellows Internship 2026 Tokio şəhərində bir həftəlik orientasiya proqramı ilə başlayır. Bu mərhələdə iştirakçılar UNU-nun strukturu, əməkdaşlar, ofis qaydaları və fəaliyyət prinsipləri ilə tanış olurlar.
Bu təcrübə proqramı BMT-də işləmək istəyən gənclər üçün əvəzsiz fürsətdir. Junior Fellow olaraq siz UNU-nun missiyasına töhfə verəcək, peşəkar bacarıqlarınızı inkişaf etdirəcək və real layihələrdə iştirak edəcəksiniz. Həmçinin, təcrübəçilərə məsafədən (remote) işləmək imkanı da yaradılır.
UNU-nun Rektor Ofisi hər il yüksək ixtisaslı gənc tədqiqatçıları seçərək, onlara dinamik, məsuliyyətli və öyrədici bir mühit təqdim edir. Proqramın məqsədi gənclərin praktiki biliklər əldə etməsi, beynəlxalq təşkilat təcrübəsi qazanması və BMT sistemi ilə yaxından tanış olmasıdır.
Təcrübə müddətində iştirakçılar aylıq təqaüd alacaq, bu da yaşayış və nəqliyyat xərclərini qarşılamağa kömək edəcək. Junior Fellow-lara hər ay 1,5 gün məzuniyyət, həmçinin rəsmi və həftəsonu istirahət günləri təqdim olunur. Ofis məkanı, kitabxana və digər imkanlardan da pulsuz istifadə ediləcək.
UNU Junior Fellows Təcrübə Proqramı üçün Uyğunluq Meyarları
- Təcrübə proqramı dünyanın bütün ölkələrindən olan namizədlər üçün açıqdır.
- Hal-hazırda magistratura və ya doktorantura təhsili alan və ya son iki il ərzində məzun olmuş şəxslər müraciət edə bilər.
- Namizədin yaşı 32-dən aşağı olmalıdır.
- İxtisası üzrə 5 ildən artıq iş təcrübəsi olmayan şəxslər müraciət edə bilər.
- Əla tədqiqat, yazı və analitik bacarıqlara malik olmalıdır.
- Kompyuter bilikləri yüksək səviyyədə olmalıdır.
- Yazılı və şifahi ingilis dili biliyi mükəmməl olmalıdır (IELTS/TOEFL tələb olunmur, əgər əvvəlki təhsil ingilis dilində olubsa).
- Namizədlər BMT və UNU-nun fəaliyyətinə maraq göstərməlidirlər.
UNU Junior Fellows Təcrübəsinin Üstünlükləri
- Pulsuz iş məkanı təqdim olunur.
- İştirakçılara aylıq təqaüd (stipendiya) ödəniləcək (yaşayış və nəqliyyat xərcləri üçün).
- Kitabxana və idman zalına pulsuz giriş imkanı.
- BMT-nin missiyasına töhfə vermək və beynəlxalq mühitdə işləmək imkanı.
- Təcrübəli mentorlar və əməkdaşlarla birgə işləmək imkanı.
- Yaponiyada beynəlxalq təcrübə qazanmaq fürsəti.
- Geniş networking və gələcək karyera imkanları.
UNU Junior Fellows Təcrübəçilərinin Vəzifə və Tapşırıqları
Junior Fellow-lar UNU Rektor Ofisinin müxtəlif fəaliyyət istiqamətlərində iştirak edəcəklər, o cümlədən:
- İnzibati tədqiqat və hesabatların hazırlanması
- Planlaşdırma və layihə idarəçiliyi
- Onlayn və canlı tədbirlərin təşkili
- Görüşlərin planlaşdırılması və əlaqələndirilməsi
- Redaktə və yazılı materialların hazırlanması
- Kommunikasiya və ictimai əlaqələrdə dəstək
Tələb olunan sənədlər
- CV (tərcümeyi-hal)
- Cover Letter (müraciət məktubu)
- Müraciət formu (application form)
- Maliyyə dəstəyi formu (funding form)
- 2 Tövsiyə məktubu və Recommendation form
- Dil sertifikatı (əgər tətbiq olunursa)
Son müraciət tarixi: 31 oktyabr 2025



