spot_img
Ana SəhifəXaricdə TəhsilSerbiyada Bir Semestrlik Təhsil Almaq İstəyən Tələbələrin Nəzərinə!
spot_img

Serbiyada Bir Semestrlik Təhsil Almaq İstəyən Tələbələrin Nəzərinə!

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Erasmus+ KA171 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Serbiyanın Kragujevac Universiteti 2024/2025-ci tədris ilinin ikinci semestri üçün İnstrumental ifaçılıq və Tətbiqi incəsənət (Qrafik dizayn və Təsviri incəsənət) sahələri üzrə müsabiqə elan edir.

Müsabiqədə ADMİU-nun bakalavr və magistr tələbələri iştirak edə bilər.

Qeydiyyat üçün tələb edilən sənədlər aşağıdakılardır:
Pasport və ya şəxsiyyət vəsiqəsinin kopyası;
Europass formatında CV (ingilis dilində);
Transkript (ingilis dilində və ümumi ortalama balı 81+ olanlar müraciət edə bilər);
Motivasiya məktubu (ingilis dilində);
2 ədəd tövsiyə məktubu (ingilis dilində);
Beynəlxalq dil sertifikatı (əgər varsa).
Qeyd: Dil sertifikatı olanlara üstünlük veriləcək.


Sənədləri 28.11.2024-cü il tarixinə kimi namig.karimov@admiu.edu.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.


Serbiyanın Kragujevac Universiteti haqqında ətraflı məlumatı https://en.kg.ac.rs/ Universitetin rəsmi səhifəsindən əldə edə bilərsiniz.


Əlavə sual yarandığı halda ADMİU-nun Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinə müraciət edə bilərsiniz.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar