spot_img
HomeKaryeraAzTU-da psixoloq vəzifəsinə vakansiya elan olunur
spot_img

AzTU-da psixoloq vəzifəsinə vakansiya elan olunur

Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrin psixoloji rifahının qorunması, universitet mühitinə uyğunlaşmasının dəstəklənməsi və şəxsi inkişafına töhfə verilməsi məqsədilə psixoloq vəzifəsinə vakansiya elan edir.

Əmək funksiyaları:

· Tələbələrə fərdi psixoloji məsləhət və dəstək göstərmək;

· Stress, imtahan həyəcanı, motivasiya və universitet mühitinə uyğunlaşma ilə bağlı çətinliklərin aradan qaldırılmasına kömək etmək;

· Tələbələrin emosional və sosial rifahının dəstəklənməsinə yönəlmiş fəaliyyətlər həyata keçirmək;

· Psixoloji maarifləndirmə seminarları, təlimlər və qrup görüşləri təşkil etmək;

· Zəruri hallarda tələbələri müvafiq ixtisaslaşmış xidmətlərə yönləndirmək;

· Universitetdə sağlam və dəstəkləyici psixoloji mühitin formalaşdırılmasına töhfə vermək;

· Peşə etikası, məxfilik və şəxsi məlumatların qorunması prinsiplərinə riayət etmək.

Vəzifəyə olan tələblər:

· Psixologiya ixtisası üzrə ali təhsil;

· Psixoloji məsləhət sahəsində müvafiq bilik və bacarıqlar;

· Effektiv ünsiyyət, empatiya və analitik düşünmə qabiliyyəti;

· Məsuliyyətlilik, etik davranış və komandada işləmək bacarığı;

· Tələbələrlə iş təcrübəsi və əlavə peşə hazırlığı üstünlük hesab olunur.

Maraqlanan namizədlərdən mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini cv@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 06.11.2026

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar