spot_img
HomeKaryeraTƏBİB-də təcrübə proqramından yararlanmaq şansı!
spot_img

TƏBİB-də təcrübə proqramından yararlanmaq şansı!

Respublika Pediatriya Mərkəzinin İnsan resursları şöbəsi üzrə ödənişsiz təcrübə proqramına qoşularaq siz yeni biliklər qazanacaq və peşəkar komandanın üzvü olaraq daima irəli addımlamaq imkanı əldə edəcəksiniz.

✅ Öhdəliklər:
– Verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
– Ümumi iş prosesinə dəstək

✅ Tələblər:
– Komanda işi və əməkdaşlıq bacarıqları
– Kompüter bilikləri: Microsoft Office – yaxşı
– Güclü ünsiyyət bacarıqları
– Məsuliyyətlilik

✅ Əlavə qeydlər:
– İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
– İş vaxtı: 09:00 – 13:00.
– İş yeri: Respublika Pediatriya Mərkəzi, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 2 (Klinik Tibbi Mərkəzin yaxınlığı).
– Müddət: Təcrübə proqramının 2 aya qədər davam etməsi nəzərdə tutulur.

✅ Müraciət etmə qaydası:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
– CV volunteer@tabib.gov.az ünvanına göndərilməlidir;
– Mövzu sətrində “İR – təcrübəçi” qeyd olunmalıdır;
– CV-lər 15 yanvar, 2025-ci il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar