SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin idarəetmə aparatının Strategiya departamentinə Böyük mütəxəssis (Layihələrin idarə edilməsi üzrə) axtarırıq:
Vəzifə funksiyaları:
🔹 Strategiyanın icrası çərçivəsində layihələrin hazırlanması və icrasının koordinasiyası;
🔹 Səmərəlilik, sadələşdirmə və xərclərin optimallaşdırılması məqsədilə fəaliyyətin təhlili;
🔹 Səmərəlilik potensialı olan təşəbbüslərin müəyyən edilməsi, təşəbbüslərin icrasının koordinasiyası;
🔹 ƏSG əsaslı fəaliyyətin qiymətləndirilməsi sisteminin tətbiqi və kommunikasiyası;
🔹 Dəyər yaradılması proqramının təbliğatı və regional idarələrin iştirakının təşviqi;
🔹 Maraqlı tərəflərlə münasibətlər və tənzimləyici qurumlarla əməkdaşlığı;
🔹 Əməliyyat modelinin inkişafı təşəbbüslərinin icrası və koordinasiyası;
🔹 Beynəlxalq əməkdaşlıq, beynəlxalq təcrübənin və bazarın təhlili;
🔹 Strategiyanın icrası çərçivəsində hesabat və kommunikasiya tədbirlərinin təşkili;
🔹 Strateji təşəbbüslərin monitorinqi və hesabatlılığın təmini.
Tələblər:
🔹 Bakalavr – biznesin idarəedilməsi, layihələrin idarə olunması, maliyyə, əməliyyatların idarəedilməsi, iqtisadiyyat sahələri üzrə, magistr təhsili (üstünlükdür);
🔹 Sahə üzrə 4 il iş təcrübəsi (Neft və qaz və eləcə də kommunal xidmətlər sahəsində təcrübə üstünlükdür);
🔹 Layihələrin idarə edilməsinin əsasları haqqında yüksək bilik və bacarıqlar;
🔹 İnnovativ düşünmə;
🔹 İnvestisiyaların təhlili barəsində bilik və təcrübə (Discounted cash flow, WACC, IRR, NPV);
🔹 Komanda tərkibində və sərbəst şəkildə işləmək bacarığı;
🔹 İşgüzar ünsiyyət və yazışma bacarığı;
🔹 Diqqətlilik;
🔹 Keyfiyyət yönümlülük;
🔹 Tənqidi təfəkkür bacarığı;
🔹 Analitik düşünmə bacarığı;
🔹 Yüksək səviyyədə MS Office biliyi;
🔹 Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, İngilis dilində minimum B2 səviyyəsində dil biliyi;
🔹 PMİ sertifikatının olması arzuolunandır.
Vakansiyaya maraq göstərən namizədlərin CV-lərini “Böyük mütəxəssis – Strategiya departamenti (Azəriqaz İB)” başlığı ilə recruitment@socar.az elektron poçtuna 17.01.2025-ci il tarixinədək göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.