Şirkət: Sosial xidmətlər agentliyi/ 6 saylı uşaq evi sosial xidmət müəssisəsi
İş yeri: Şəki, Azərbaycan
Vəzifə funksiyaları:
– Uşaqların müəssisəyə yerləşdirilməsi prosesində iştirak edilməsi, ilkin tibbi baxışın keçirilməsi və onların kitabçalarında ilkin və dövri müəyyən qeydlərin aparılması;
– Gündəlik baxış keçirilməsi, sağlamlığında problem olan uşaqların müalicə həkimlərinə, tibb mərkəzlərinə yönləndirilməsi;
– Mövcud qaydalara və standartlara uyğun olaraq tibb mərkəzlərində müalicə həkiminin təyin etdiyi müalicənin həyata keçirilməsinə nəzarət edilməsi;
– Təxirəsalınmaz və təcili tibbi yardım göstərilməsi, xəstə olan uşaqların ayrıca nəzarətə götürülməsinin təşkil edilməsi;
Namizədə olan tələblər:
– Ali təhsil (həkim-pediatr)
– Məsuliyyətlilik
– Çeviklik
Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “həkim-pediatr” qeyd etməklə sxa_cv@sosial.gov.az mail ünvanına göndərmələri xahiş olunur.