Ev sahibi ölkə: Gürcüstan
🔹 Təşkilatçı: Young Professional Fellowship (YPF)
🔹 Tədbirin keçiriləcəyi yer: Tbilisi Marriott Hotel
🔹 Tarixlər: 15 – 18 iyul 2025
🔹 Son müraciət tarixi: 30 aprel 2025
📌 Proqram Haqqında:
Young Professional Fellowship Georgia 2025 proqramı, 18-40 yaş aralığında olan, sosial dəyişikliklərə öncüllük edən və öz cəmiyyətində aktiv rol oynayan gənclər üçün nəzərdə tutulmuş beynəlxalq liderlik təşəbbüsüdür. Bu proqram, iştirakçılara liderlik bacarıqlarını təkmilləşdirmək, qlobal baxış bucağı qazanmaq və fərqli ölkələrdən olan gənc liderlərlə güclü əlaqələr qurmaq imkanı verir.
Fellowship çərçivəsində iştirakçılar müxtəlif mövzularda təlimlərə qatılacaq, qrup layihələri və diskussiyalarda iştirak edəcək, şəxsi və peşəkar inkişaf üçün imkanlar əldə edəcəklər. Proqram, həmçinin iştirakçılara öz sosial layihələrini tanıtmaq və beynəlxalq platformada səsləndirmək şansı verir.
🎯 Əsas Məqsədlər və Mövzular:
- Gənclər və Siyasətə Təsir: Gənclərin qərar qəbul etmə proseslərində fəal iştirakını təşviq etmək.
- Böhranlara Hazırlıq və Cavab: Qlobal və yerli miqyasda böhranlara strateji cavab vermə bacarıqlarını inkişaf etdirmək.
- Etik Liderlik və İdarəetmə: Vicdanlı və məsuliyyətli liderlərin yetişdirilməsi.
- Süni İntellekt və Yeni Karyera Yolları: Texnologiyanın gələcək karyeralara təsiri və ona uyğunlaşma.
- Təcrübəyə əsaslanan öyrənmə və əməkdaşlıq: Real problemlər üzərində çalışaraq öyrənmək və komandada işləmə bacarığını artırmaq.
- BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə Töhfə: Sosial dəyişikliklərə səbəb olmaq üçün qlobal məqsədlərlə uyğun fəaliyyətlər.
🎁 Proqramın Faydaları:
- 15 tam təqaüdlü yer – aviabilet, viza dəstəyi və yaşayış xərcləri tam qarşılanır.
- 30 qismən təqaüdlü yer – yaşayış təmin olunur.
- 5 sosial media fəalı üçün təqaüdlü yer – aktiv paylaşım edən gənclər üçün xüsusi imkan.
- 100 öz hesabına iştirak yeri – yalnız tədbirdə iştirak üçün seçim edilənlər.
💡 Bütün iştirakçılar üçün:
- 4 günlük tədbir boyunca yüksək səviyyəli təlimlər və seminarlar
- Diplomatik görüşlər və qlobal liderlərlə qarşılıqlı fikir mübadiləsi
- Qrup layihələri, təqdimatlar və sosial təsir imkanları
- Sertifikatlar, mədəniyyət axşamı və Gala Gecəsi
- Yeni dostluqlar, beynəlxalq şəbəkələşmə və gələcək əməkdaşlıqlar
✅ Kimlər Müraciət edə bilər?
- 18-40 yaş arasında olan gənclər
- Sosial təşəbbüslərdə və ictimai fəaliyyətlərdə aktiv iştirak edənlər
- Liderlik potensialına sahib, motivasiyalı və məsuliyyətli şəxslər
- Sosial sahibkarlıq və innovasiya sahəsində maraqlı olanlar
- BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən şəxslər
- İngilis dili biliyi tələb olunmur (IELTS/TOEFL şərt deyil)
📝 Müraciət Prosesi:
- Rəsmi vebsayt üzərindən onlayn ərizə formasını doldurun
- Şəxsi məlumatlarınızı daxil edin
- Sosial və təşkilati fəaliyyətlərinizi paylaşın
- Nailiyyətlərinizi və motivasiyanızı qeyd edin
- Bu proqramın sizin üçün niyə faydalı olacağını izah edin
- Ərizə haqqını ödəniş edin
- Müraciətinizi son tarixə qədər göndərin