spot_img
Ana SəhifəKaryeraMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində Sənədlərlə və müraciətlərlə iş sektorunda...
spot_img

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində Sənədlərlə və müraciətlərlə iş sektorunda vakansiya mövcuddur.


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində Sənədlərlə və müraciətlərlə iş sektorunda vakansiya mövcuddur.


Tələblər:

·      Müvafiq sahədə 3 il idarəedici səviyyədə iş təcrübəsi;
·      Təhsil sahəsindəki qanunvericilik və xidmətlər üzrə məlumatlı olmaq;
·      Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;
·      Yüksək səviyyədə Azərbaycan dili;
·      Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
·      Vətəndaş məmnuniyyəti əldə etməyə yönümlü;
·      Analitik düşünmə və hesabatlılıq bacarığı;
·      Detallara dəqiqlik və problemləri həll etmək bacarığı;
·      Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları;
·      İdarəetmə bacarıqları;
·      Əməliyyat çevikliyi;
·      Diqqətli, punktual, səbirli, məsuliyyətli və ünsiyyətcil olmalı.


Texniki biliklər:

·      MS Office
·      Google Drive (Docs, Drive, Forms, Gmail, Sheets)
·      Spreadsheets (Excel, Google Drive, Open Office, Pivot tables)
·      Presentations (PowerPoint, Canva, Google Slides, Tableau)
·      Team collaboration (MS Teams, Dropbox, Slack)


Xarici dil bilikləri:

·      Rus dili (səlis danışıq səviyyəsində)
·      İngilis dili (arzuolunandır)


Vəzifə öhdəlikləri:

·       Vətəndaş qəbulu, Çağrı mərkəzi və Elektron müraciətlərin cavablandırılması  üzrə komandaya rəhbərlik edilməsi;
·      Vətəndaşlara xidmət sahəsi üzrə namizədlərin seçimi, yeni işə götürülmüş əməkdaşlara təlim keçirilməsi və inkişaf etdirilməsi, həvəsləndirmə və səlahiyyət vermə yolu ilə məsul ola biləcəkləri mühitin yaradılması;
·      Vətəndaş məmnunluğu istiqamətində təcrübənin təkmilləşdirilməsi;
·      Vətəndaş problemləri ilə maraqlanmaq və həllinin izlənilməsi;
·      Komanda üçün aydın olan iş vəzifələrinin təyin olunması;
·      Əməkdaşların iş yükünün planlaşdırılması, düzgün bölgüsü və nəzarəti;
·      Xidmət prosedurları, siyasətləri və standartlarının inkişaf etdirilməsi üçün təkliflərin verilməsi;
·      Baş verə biləcək problemlərin və risklərin öncədən qarşısının alınması və ya minimuma endirilməsi;
·      Sahə üzrə inkişafın izlənilməsi, həmin inkişafa paralel inkişaf etmək, təkmil təcrübələrin sahə üzrə tətbiq olunması;
·      Kəmiyyət və keyfiyyət üzrə hədəflərə çatmaq üçün resurslara nəzarət və aktivlərdən düzgün istifadə;
·      Prioritetlərə uyğun olaraq nizamlı iş axının təmin edilməsi;
·      Tabeçiliyinidə olan əməkdaşlara xidmət ilə əlaqədar mütəmadi təlimlərin keçirilməsini təmin etmək;
·      Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi


Müraciət üçün: recruitment@mutda.edu.az (Mövzu hissəsində müraciət olunan vakansiya üzrə struktur bölmənin adının qeyd olunması mütləqdir)
Yalnız tələblərə cavab verən namizədlərə geridönüş olacaqdır.
Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifə üzrə nəzərdə tutulmuşdur.
Son müraciət tarixi: 18.04.2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar