“LU-MUN Holding” MMC-nin təcrübəli Risklərin İdarə Edilməsi üzrə komandası ali təhsil müəssisəsində təhsil prosesində əldə edilmiş biliklərinizi dərinləşdirmək və möhkəmləndirmək imkanı yaradır.
Təcrübə proqramının müddəti 3 ay nəzərdə tutulmuşdur. Ödənişli əsaslarla (minimum əmək haqqı miqdarında) həyata keçirilir.
Tələblər:
· Ali təhsilini yeni başa vuran məzunlar və ya təhsilini davam etdirən tələbələr;
• Maliyyə, tətbiqi riyaziyyat və ya iqtisadi sahədə təhsil alan və risklərin idarə edilməsi sahəsinə marağı olan məzunlar;
· Məntiqi və analitik düşünmə qabiliyyəti;
· MS Office bilikləri;
• Şifahi və yazılı ünsiyyət bacarıqları;
• Öyrənmək istəyi ilə yüksək motivasiyalı;
• İngilis və Rus dili bilən namizədlərə üstünlük veriləcək
İş Şəraiti:
İş saatı : 09:00-dan 18:00 dək
İstirahət günləri: Şənbə və bazar
Təcrübə müddəti: 3 ay
Təcrübə müddətini uğurla keçən təcrübəçi işlə təmin edilə bilər
Seçim müsahibə və test əsasında aparılacaq. Müraciət etmək istəyən namizədlər, CV-lərini hr@lmh.az mail ünvanına mövzu hissəsinə “Risklərin İdarəedilməsi üzrə təcrübəçi” qeyd edərək göndərə bilərlər.