spot_img
HomeKaryeraİnsan kapitalının idarəolunması departamentinin təşkilati inkişaf üzrə böyük mütəxəssisi vəzifəsi üzrə vakansiya...
spot_img

İnsan kapitalının idarəolunması departamentinin təşkilati inkişaf üzrə böyük mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edilir.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) İnsan kapitalının idarəolunması departamentinin təşkilati inkişaf üzrə böyük mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
✅ Əsas tələblər:
• İnsan resurslarının idarəedilməsi, biznesin idarəedilməsi, data elmləri və digər əlaqəli sahələr üzrə ali təhsil;
• Təşkilati inkişaf, İR planlama və ya analitika sahələri üzrə minimum 5 il iş təcrübəsi;
• Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili (yüksək səviyyədə), rus dili (arzuolunan);
• Təşkilati diaqnostika, struktur və proseslərin təhlili bacarığı;
• Performansın idarə olunması, təşkilati mədəniyyətin formalaşması və transformasiyası sahəsində təcrübə;
• Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı (Excel, Power BI və s.);
• Dəyişiklik idarəçiliyi metodologiyaları, İR texnologiyaları və HRIS sistemləri ilə tanışlıq;
• İşçi qüvvəsinin planlanması və iş analizi bacarıqları;
• Müvafiq sahələr üzrə normativ sənədlər və qanunvericilik aktlarına dair anlayış;
• Strateji, biznesyönümlü və analitik düşüncə, təşəbbüskarlıq və yenilikçi yanaşma qabiliyyəti;
• Güclü təqdimat, ünsiyyət və məlumat əsaslı qərarvermə bacarığı;
• Maraqlı tərəflərlə əlaqələr qurmaq və danışıq aparmaq bacarığı.

✅ Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi, həmçinin recruitment@azcon.az ünvanına mövzu hissəsində “Böyük mütəxəssis – OD” yazmaqla göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

➡️ Son müraciət tarixi: 05 may 2025-ci il

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar