spot_img
HomeKaryeraMilli Aviasiya Akademiyasında Vakansiya!
spot_img

Milli Aviasiya Akademiyasında Vakansiya!

“İnformasiya Texnologiyaları” və “Kompüter Mühəndisliyi” ixtisasları üçün aşağıdakı istiqamətlər üzrə tədrisi İngilis dilində həyata keçirəcək ştat və ya əvəzçi professor-müəllim heyətinin axtarışındayıq!

Tədris istiqamətləri:

  • Süni intellekt;
  • Kibertəhlükəsizlik;
  • Full-stack development;
  • Şəbəkə və sistem inzibatçılığı;
  • Proqram məhsullarının keyfiyyət təminatı.

Fənlər: Proqramlaşdırma, Verilənlər bazası, Süni intellekt, Kompüter arxitekturası, Kompüter şəbəkələri və tədris planlarında olan digər fənlər.

Tədris planları ilə tanış olmaq üçün:
İnformasiya Texnologiyaları (https://lnkd.in/efKW6kbC)
Kompüter Mühəndisliyi (https://lnkd.in/eDNSjdPF)

Namizədlərdən gözləntilərimiz:

  • Müvafiq ixtisas üzrə ali təhsil (magistr dərəcəsi mütləqdir);
  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • Tələbkarlıq və nizam-intizam;
  • Akademik və/və ya praktiki təcrübə;
  • Komandada işləmə bacarığı və məsuliyyətlilik;
  • Müasir tədris vasitələrinə və metodlarına bələdlik.

Dövlət proqramı ilə xaricdə təhsil almış namizədlərə üstünlük veriləcək.

Son müraciət tarixi: 25.05.2025

📌CV və əlaqə məlumatlarınızı hr@naa.edu.az ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “IT education” qeyd olunması mütləqdir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar