- Namizədə tələblər
- Müvafiq sahə üzrə ali təhsil
- Hüquq və insan resursları sahəsində ən azı 5 il müvafiq iş təcrübəsi (rəhbər vəzifədə)
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
- Azərbaycan, ingilis və rus dillərini bilməli.
- İş barədə məlumat
- Şirkətin fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək;
- Şirkətin fəaliyyətinin normativ bazasının yaradılması işini təşkil etmək;
- Şirkətin müqavilə tərtibat işinin, iddia və tələblər üzrə işlərinin təşkilini etmək;
- Şirkətin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
- Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək
- Şirkətin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də şirkətin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
- Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini, eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatlar aparmaq;
- Şirkətin rəhbərliyinin təsdiqinə təqdim olunan əmr, təlimatların, əsasnamələrin və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlamaq;
- Təqdim edilən sənədin qanunvericiliyə zidd olan hissəsi üzrə hüquqi rəy vermək, həmin sənəd lahiyənin qanunvericiliyə uyğunlaşdırılması məqsədilə tövsiyyələr vermək və düzəlişlərin aparılması üçün aidiyyəti üzrə təqdim etmək;
- Qanunvericiliyə uyğun olaraq əmək münasibətlərinin idarəedilməsini həyata keçirmək;
- Perfomansın İdarəetmə sisteminin tətbiq etmək və idarə etmək;
- Şirkətin strateji hədəflərinə əsasən Insan Resursları sahəsində təlim və inkişaf proqramların həyata keçirmək;
- İnsan Resurslarına dair prosedurları hazırlayıb, izləmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işi təşkil etmək;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunmasını həyata keçirmək;
- Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması
- Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun tərtib etmək;
- Əmək üzrə perspektiv və illik planları hazırlamaq;
- Departamentin fəaliyyəti barəsində tələb olunan zaman hesabatlar hazırlamaq;
- Ümumi fəaliyyətlə bağlı aylıq və rüblük hesabatların hazırlanması
Əlavə məlumatlar:
Əmək haqqı: 2000 AZN
İş qrafiki: 5 gün, 09:00 – 18:00
hr@airgroup.az ünvanına CV göndərə bilərsiniz.