Jurnalistika üzrə təhsil alırsınız və ya bu sahə ilə maraqlanırsınız? Praktiki təcrübə qazanmaq və bacarıqlarınızı inkişaf etdirmək üçün real fürsət axtarırsınız? Bu imkan sizin üçündür.
Edu-Live, təhsil sahəsinə yönəlmiş vebsayt olaraq, jurnalistika və media sahəsində təcrübə qazanmaq istəyən motivasiyalı tələbələr üçün 3 aylıq təcrübə proqramı elan edir. Proqram müddətində təcrübəçilər yalnız təhsillə bağlı mövzular üzərində işləməyəcək, həmçinin ümumi jurnalistika və redaksiya işi üzrə praktiki biliklər əldə edəcəklər.
Edu-Live Təcrübə Proqramı haqqında:
Müddət: 3 ay
Format: Onlayn
Edu-Live Təcrübə Proqramının üstünlükləri:
- Jurnalistika sahəsində praktiki təcrübə
- Təcrübəli jurnalistlər və redaktorlardan mentorluq dəstəyi
- Edu-Live platformalarında məqalələr dərc etmək imkanı
- Təhsil və media sahəsində peşəkarlarla əlaqələr qurmaq imkanı
- Analitik və media savadlılığı bacarıqlarının inkişaf etdirilməsi
Uyğunluq meyarları:
- Jurnalistika tələbələri
- Təhsil idarəçiliyi və ya kommunikasiya üzrə təhsil alan tələbələr
- Media və ictimai kommunikasiya ilə maraqlanan gənclər
- Praktiki yazı təcrübəsi qazanmaq istəyən tələbələr
Öhdəliklər:
- Beynəlxalq təhsil xəbərləri və trendlərindən xəbərdar olmaq
- Güclü ictimai çıxış və kommunikasiya bacarıqlarına sahib olmaq
- Aydın və maraqlı xəbər məqalələri yazmaq bacarığı
Qeyd: Proqramın sonunda fəal iştirakçılara sertifikat təqdim olunacaq.



