Sosial Xidmətlər Agentliyində “Loqoped” vakansiyası
Sosial Xidmətlər Agentliyi hazırda “Loqoped” vəzifəsi üzrə yeni əməkdaş axtarır. Müraciət etmək istəyən şəxslər CV-lərini sxa_cv@sosial.gov.az elektron poçt ünvanına göndərə bilərlər. E-mailin mövzu hissəsində “Loqoped” qeyd olunması xahiş olunur.
Vəzifə öhdəliklərinə aşağıdakılar daxildir:
İlkin qiymətləndirməyə əsasən şəxsə dəstəyin müəyyənləşdirilməsi və istiqamətləndirilməsi;
Sosial reabilitasiya xidmətinə cəlb olunan şəxs və ya ailə üçün fərdi planın hazırlanması;
Loqopedik göstəricilər əsasında qiymətləndirmənin aparılması və qiymətləndirmə planının hazırlanması;
Uşaqlar üçün fərdi reabilitasiya proqramının hazırlanması;
Sağlamlıq imkanları məhdud uşaqlara fərdi proqram əsasında loqopedik xidmətlərin göstərilməsi.
Namizədlərdən gözləntilər:
Loqoped-defektoloq və ya korreksiyaedici təlim ixtisası üzrə ali təhsil;
Yaxşı kommunikasiya bacarığı;
Stressə davamlılıq.
İş yeri: Hacıqabul və Göyçay
İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00