spot_img
HomeKaryera“Könüllülükdən Peşəkarlığa” Təcrübə Proqramına Müraciətlər Açıqdır!
spot_img

“Könüllülükdən Peşəkarlığa” Təcrübə Proqramına Müraciətlər Açıqdır!

Azərbaycan Könüllü Təşkilatları İttifaqı hər kəsin gözlədiyi “Könüllülükdən Peşəkarlığa” Təcrübə Proqramını elan edir!

Təcrübə proqramının əsas məqsədi könüllülərin şəxsi və peşəkar inkişafına töhvə vermək, peşəkar mühitdə iş mexanizminin qurulmasına fayda verməkdir.

Təcrübə proqramının istiqamətləri aşağıdakılardır:

🔹Layihələrin təşkili və idarəolunması;
🔹Könüllülərin idarəolunması;
🔹Kütləvi tədbirlərin təşkili;
🔹İctimaiyyətlə Əlaqələr (PR).

Sizi nə gözləyir❓

✅ Peşəkar işçi komandası ilə işləmək və öyrənmək imkanı;
✅ Müvafiq sahələr üzrə mütəxəssislərlə təlimlər və görüşlər;
✅ İstiqamələr üzrə görülən işlərdə birbaşa iştirakçılıq;
✅ Təşkilat daxilində effektiv ünsiyyət və əməkdaşlıq;
✅ Könüllü sahəsindəki bilikləri real iş mühitində tətbiq etmək.

Siz də liderlik bacarıqlarınızı artırmaq və könüllülərlə iş sahəsində biliklər əldə etmək istəyirsinizsə bizə qoşulun!

Qeyd edək ki, təcrübə proqramı 4 ay davam edəcək. Proqrama İttifaqa üzv təşkilatlardan birində minimum 6 ay könüllü fəaliyyəti göstərmiş 18-25 yaş gənclər müraciət edə bilərlər. Təcrübə proqramını uğurla tamamlayan iştirakçılara Sertifikat təqdim olunacaq.

Müraciət üçün son tarix: 18 may 2025-ci il

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar