spot_img
HomeKaryeraTopoqraf Vakansiyasına Müraciətlər Açıqdır!
spot_img

Topoqraf Vakansiyasına Müraciətlər Açıqdır!


İş yeri: Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidməti / Zəngilan, Cəbrayıl, Qubadlı rayonları

İş haqqında:

– İnşaat layihələrinin yerində topoqrafik ölçmələrinin aparılması, ərazinin üçölçülü xəritələrinin hazırlanması;
– Topoqrafik məlumatları toplayaraq, mühəndislər və layihə menecerləri üçün dəqiq hesabatlar hazırlamaq;
– Yüksəklik, məsafə və koordinat ölçmələri aparmaq və bu məlumatları dəqiq şəkildə qeydə almaq;
– İnşaat işlərinin düzgün və dəqiq yerinə yetirilməsi üçün müvafiq xəritə və planların hazırlanmasında iştirak etmək;
– Ərazi ölçmə işlərini müvafiq avadanlıqlar (Cihazlar, GPS sistemləri və digər müvafiq alətlər) ilə həyata keçirmək;
– Layihənin planına uyğun olaraq, yerindəki dəyişiklikləri və ölçmələri izləmək, nöqsanları təyin etmək və müvafiq düzəlişləri təmin etmək;
– Topoqrafik məlumatları hazırlayaraq texniki dəstək göstərmək;
– Layihənin ilkin mərhələsindən başlayaraq, son mərhələyə qədər layihə rəhbərlərinə və komandalara texniki məsləhətlər vermək;
– Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili
geodeziya və mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazrlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək;
– Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi;
– Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafik və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
– Xüsusi, dəqiq geodeziya avadanlıqları ilə çöl və kameral geodeziya işlərinin icrası, qravimetrik işlərin yerinə yetirilməsi;
– Əldə olunmuş məlumatların işlənməsi.

Tələblər:

– Topoqrafiya və ya əlaqəli sahə üzrə ali təhsil (geodeziya, inşaat mühəndisliyi və ya bənzər sahələrdə);
– Topoqrafik ölçmələr aparmaq üçün ən azı 5 il iş təcrübəsi;
– Dil bilikləri: AZE (Əla)/ ENG və RUS arzuolunandır;
– Kompüter bilikləri: Microsoft Office, AutoCAD, və digər müvafiq proqramlar;
– Topoqrafik avadanlıqlar (total stansiya, GPS) və müvafiq proqram təminatları ilə işləmək bacarığı;
– Planlama və təşkilatçılıq qabiliyyəti;
– Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
– Məsuliyyət, diqqət və dəqiqlik.

Uyğun namizədlər CV-lərini mayın 20-nə qədər (mövzu yerində müraciət olunan vakansiyanın adını “Topoqraf” qeyd etməklə) hr@jgz.gov.az e-poçt ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar