spot_img
HomeKaryera"Rəqəmsal Zəka" adlı yay təcrübə proqramına müraciətlər qəbul olunur.
spot_img

“Rəqəmsal Zəka” adlı yay təcrübə proqramına müraciətlər qəbul olunur.

Rəqəmsal Gələcəyə bizimlə addımla!

Öz potensialını kəşf etmək, real iş mühitində təcrübə qazanmaq və rəqəmsal bacarıqlarını inkişaf etdirərək karyera yolunda inamla irəliləmək istəyirsənsə, bu şansı dəyərləndirməyə səsləyirik.

Proqramın müddəti:

 Müddət: 2 aylıq ödənişli təcrübə proqramı

 Tarixlər: 01 iyul – 30 avqust 2025

Müraciət üçün ilkin şərtlər:

Azərbaycan Respublikası vətəndaşı olmaq

Yerli və ya xarici universitetlərdə təhsil aldığı dövr ərzində qiymətləndirmə sistemləri üzrə nəticəsi (GPA) – 85% və yuxarı 

Bakalavr (3-cü və 4-cü kurs) və magistr (1-ci və 2-ci kurs) təhsili alan tələbələr

Rəqəmsal sahəyə maraq və şəxsi inkişaf həvəsi

Təcrübə imkanları aşağıdakı sahələr üzrə mövcuddur:

  • Biznesin inkişafı və satış
  • Brend və marketinq kommunikasiyaları
  • Data idarəolunması
  • Hüquq
  • İnformasiya təhlükəsizliyi
  • İnnovasiya ekosistemi
  • İnsan kapitalı
  • İnzibati idarəetmə
  • İT infrastrukturun idarəolunması
  • Maliyyə
  • Nüvə tədqiqatları
  • Rəqəmsal həllərin inkişafı
  • Rəqəmsal məhsulların inkişafı
  • Rəqəmsal səriştələrin inkişafı
  • Rəqəmsal və biznes transformasiyanın idarəolunması
  • Strateji planlama və rəqəmsal idarəetmə

Müraciət Prosesi:

Aşağıdakı linkə daxil olaraq CV-nizi PDF şəklində yükləyin (təcrübəniz olmadığı halda, təhsil və fəaliyyətlər barədə ətraflı məlumat verməyiniz xahiş olunur)

Proses boyunca hər birinizə uğurlar arzulayırıq!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar