spot_img
HomeElan və XəbərlərGənc Tədqiqatçılar 2
spot_img

Gənc Tədqiqatçılar 2

Elmi biliklərini real problemlərin həllinə yönəltmək, cəmiyyətə faydalı tədqiqatlar aparmaq və akademik sahədə inkişaf etmək istəyən gənclər üçün əla fürsət!
“SDG Youth Community” tərəfindən həyata keçirilən “Gənc Tədqiqatçılar 2” proqramı gənc tədqiqatçılara həm fərdi, həm də peşəkar inkişaf üçün geniş imkanlar təqdim edir.

Bu proqramın əsas məqsədi gəncləri Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində elmi fəaliyyətə təşviq etmək, onları tədqiqat prosesinə cəlb etmək və bu sahədə metodik biliklərlə dəstəkləməkdir.

Proqram çərçivəsində iştirakçılar:

DİM-lərlə bağlı mövzularda müstəqil elmi tədqiqatlar aparacaqlar;

Elmi məqalə yazmaq üçün metodik və akademik dəstək alacaqlar;

Tədqiqat nəticələrini nəşr etdirmək imkanı əldə edəcəklər.

Proqram kimlər üçün nəzərdə tutulub?

DİM-lərlə bağlı və ya uyğun sahələrdə təhsil alan və ya çalışan gənclər;

Araşdırma aparmaq təcrübəsi olan və ya bu sahədə motivasiya hiss edən şəxslər;

Elmi yazı bacarıqlarını inkişaf etdirmək istəyənlər.

Proqramın müddəti: 8 ay

Əgər siz də gələcəyin tədqiqatçılarından biri olmaq, elmi məqalələrinizi yerli və beynəlxalq nəşrlərdə görmək istəyirsinizsə, indi qeydiyyatdan keçin!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar