Hüquq Departamentimiz ödənişli təcrübə proqramı elan edir! Bu proqram çərçivəsində siz təcrübəli hüquqşünaslarla birgə çalışmaq və əhəmiyyətli real layihələrə töhfə vermək imkanı əldə edəcəksiniz.
Sizi nələr gözləyir:
🔹 Hüquqi araşdırmalar və sənədləşdirmədə iştirak
🔹 Müqavilələrin incələnməsi və sənədləşdirilməsinə dəstək
🔹 Qanunvericiliyə uyğunluğun təmin olunmasına kömək
🔹 Müxtəlif hüquqi və inzibati tapşırıqlarda iştirak
Tələblər:
✅ Hüquq ixtisası üzrə təhsil alan və ya yeni məzun
✅ Öyrənməyə həvəsli və detallara diqqətli
✅ Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
✅ Azərbaycan və İngilis dillərində sərbəst danışıq
Əgər bu imkan sizi maraqlandırırsa, CV-nizi “Legal intern” mövzusu ilə hr@tabaterra.az elektron poçt ünvanına göndərin.