spot_img
HomeKaryeraAviaşirkətlərlə iş üzrə mütəxəssis vakansiyası
spot_img

Aviaşirkətlərlə iş üzrə mütəxəssis vakansiyası


İş yeri: Qəbələ şəhəri / Qəbələ Beynəlxalq Hava Liman

İş haqqında:

– Qəbələ Beynəlxalq Hava Limanında sərnişin aviadaşınmaları üzrə reyslər yerinə yetirən aviaşirkətlərin iş növbəsi ərzində istehsalat fəaliyyəti haqqında operativ məlumatlarla təmin etmək;
– Sahədə iş prosesi zamanı yaranan çətinlikləri və problemləri, Qəbələ YXS-nın sahə rəisinə operativ məruzə etməklə, öz səlahiyyətləri həddində aradan qaldırmağa çalışmaq, qeydiyyat prosesinə kənar müdaxilə hallarının qarşısını almaq;
– AZAL” QSC-nin və digər aviaşirkətlərin reyslərində sərnişinlərə yerüstü xidmətin həmin aviaşirkətlərin tələblərinə uyğun şəkildə təşkil olunmasına nəzarət etmək;
– Qeydiyyat və minmə proseslərinin vaxtında başlanmasına və başa çatdırılmasına nəzarət etmək;

Tələblər:

– Təhsili: Ali
– Dil bilikləri: AZE (Əla)/ ENG (Yaxşı səviyyə) / RUS (arzu olunandır)
– İş stajı: tələb olunmur
– Microsoft Office (Word, Excel) üzrə biliklərə sahib olmaq üstünlükdür

İş qrafiki:

–   Həftə içi: 5 gün

Maaş: 955 AZN

Uyğun namizədlər CV-lərini (mövzu yerində müraciət olunan vakansiyanın adını qeyd etmək şərtilə “Aviaşirkətlərlə iş üzrə mütəxəssis – Qəbələ) yazaraq hr@asg.az e-poçt ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar