Litvada uzunmüddətli ESC layihələri üçün iştirakçılar axtarılır.
Layihə dövründə yaşayış, cib xərcləri, səyahət (yol biletləri), qida və nəqliyyat xərcləri tam şəkildə qarşılanır.
Layihə haqqında ətraflı məlumat oxuya bilərsiniz.
Proqramda iştirak tamamilə ödənişsizdir. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
DİQQƏT! Hər hansı layihəyə müraciət etmək üçün yalnız form doldurmaq lazımdır, ESC portalı vasitəsilə yox.
Yalnız “Antakalnis Open Youth Center” layihəsi üçün əlavə olaraq bu anketi də doldurmalı və həmin formda təsdiqləməlisiniz.
VACİBDİR! – Motivasiya məktubunuzu yazmaq üçün heç bir süni intellekt (AI) alətindən istifadə etməyin. Əks halda müraciətiniz nəzərə alınmayacaq!
❗ Müraciət üçün son tarix: 13.06.2025 (Bakı vaxtı ilə)