Middle East Youth Summit 2025-ə müraciətlər artıq açıqdır! Dünyanın müxtəlif ölkələrindən olan müsəlman gənclər bu möhtəşəm fürsətdən yararlana bilərlər. 4 günlük beynəlxalq sammit 2025-ci ilin 1–4 dekabr tarixlərində Məkkə, Səudiyyə Ərəbistanında keçiriləcək. Proqram Youth Break the Boundaries (YBB) təşkilatı tərəfindən həyata keçirilir və gənc liderlərin inkişafı, bir-biri ilə əlaqə qurması və cəmiyyətlərinə təsir etməsi üçün nadir bir imkandır.
Bu sammit liderlik, mədəniyyət və mənəvi inkişafı bir araya gətirir. İştirakçılar ilhamverici çıxışları dinləyəcək, müxtəlif ölkələrdən olan gənclərlə tanış olacaq və Ümrə ziyarəti etmək imkanı qazanacaqlar. Proqram gənclərin İslam dəyərləri əsasında liderlik bacarıqları qazanmasına yönəlib.
MEYS 2025 haqqında əsas məlumatlar
- Ev sahibi ölkə: Səudiyyə Ərəbistanı
- Yer: Park Inn by Radisson Makkah Al Naseem, Məkkə
- Tarixlər: 1–4 dekabr 2025
- Müddət: 4 gün, 3 gecə
- 2025-ci il MEYS mövzusu:
“İslam qardaşlığı çərçivəsində müsbət dəyişikliklərə yönəlmiş yüksələn liderlərin gücləndirilməsi” - Dil tələbi: IELTS və ya TOEFL tələb olunmur
Maliyyə Dəstəyi (reimbursement sistemi ilə):
- Yaşayış (otel)
- Yeməklər
- Sammit iştirak haqqı
- Rəsmi proqram materialları və suvenirlər
MEYS iştirakçılar üçün faydaları:
✅ Tanınmış müsəlman liderlərin çıxışlarını dinləmək
✅ Qrup müzakirələrində və seminarlarında liderlik bacarıqlarını inkişaf etdirmək
✅ Müxtəlif ölkələrdən olan gənclərlə əməkdaşlıq etmək və yeni ideyalar yaratmaq
✅ Dostluqlar və beynəlxalq əlaqələr qurmaq
✅ Səudiyyə Ərəbistanında təhsil imkanları və təqaüdlər haqqında məlumat almaq
✅ Ümrə ziyarəti və Məkkədə mənəvi inkişaf
✅ İslam tarixi ilə bağlı ziyarətlər
✅ Sertifikat və xüsusi mükafatlar qazanmaq imkanı
🧾 İştirak şərtləri:
- 15–40 yaş arasında olmaq
- Hər hansı ölkədən və istənilən təhsil səviyyəsindən olmaq
- Cinayət və ya miqrasiya problemi olmamaq
- Hər hansı ekstremist və ya radikal qrupla əlaqəsi olmamaq
- Liderlik, ictimai fəaliyyət və İslam dəyərlərinə maraq göstərmək
- 2025 MEYS Təlimat sənədini diqqətlə oxumaq
Müraciət qaydası:
- Rəsmi veb saytına daxil olun və “Apply Now” düyməsinə klikləyin
- E-mail ilə qeydiyyatdan keçin və hesabınızı təsdiqləyin
- Hesabınıza daxil olaraq ərizə formasını doldurun
- Aşağıdakı mövzuda qısa esse yazın:
➤ Müsəlman cəmiyyətində əsas bir problemi təsvir edin
➤ Bu problemin həlli üçün təklif etdiyiniz yanaşmanı izah edin
➤ İndiyə qədər bu sahədə nə etdiyinizi qeyd edin - Ərizənizi təqdim edin və ödəniş prosesini tamamlayın
- Qısa siyahıya düşsəniz, müsahibəyə dəvət alacaqsınız
- Yekun olaraq seçilmiş iştirakçılar üçün ödəniş geri qaytarıla bilər
📅 Son müraciət tarixi:
10 avqust 2025