Vəzifə öhdəlikləri:
• Əmək müqavilələrinin bağlanması, dəyişikliklər və xitam edilməsi;
• Əmrlərin, ərizələrin, arayışların və digər sənədlərin hazırlanması ( məzuniyyət, ezamiyyə,, işə qəbul, mükafat və s.);
• Aylıq davamiyyət tabellərin hazırlanması, təsdiqlənməsi və mühasibatlıqa təhvil verilməsi;
• İcbari sığorta müqavilələrinin bağlanması və əlavələr edilməsi ilə bağlı əməliyyatlar;
• Ştat cədvəllərin tərtib edilməsi və təsdiq edilməsi;
• Kadr sənədlərinin uçotunun aparılması;
Tələblər:
Ali təhsil;
İnsan Resursları sahəsində 1 ildən çox iş təcrübəsi;
Microsoft Office proqramları ilə işləmə bacarığı;
İnsan Resursları sahəsi üzrə nəzəri biliklər (Əmək Məcəlləsi, Əmək Məcəlləsi ilə əlaqəli qanunlar, normativlər);
ƏMAS, İSB elektron sistemlərində işləmə bacarığı;
Azərbaycan və rus dillərində səlis danışıq və yazışma bacarığı vacibdir.
İş barədə məlumatlar:
• İş qrafiki: 5 günlük iş həftəsi;
• İş saatı: 09:00-18:00-dək;
• İş yeri: Bakı, Abbasqulu Ağa Bakixanov kuçəsi 12b;
• Əmək haqqı: 700 AZN.
Maraqlananlar CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək cv@cityservice.az elektron ünvanına göndərə və ya +99450 226 11 39 nömrəsi ilə əlaqə saxlaya bilər.