İş yeri: “AMAL GROUP”MMC
Vəzifə öhdəlikləri:
• Neft-qaz boru kəmərlərinin inşası zamanı texniki təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə norma və qaydalara nəzarət etmək;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə risklərin qiymətləndirilməsi və müvafiq tədbirlərin görülməsi;
• İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi;
• Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə və təminatına nəzarət;
• Ətraf mühitə təsirin azaldılması istiqamətində tədbirlərin icrası və monitorinqi;
• Risklərin qiymətləndirilməsi, işə icazə sistemi üzrə biliklərin olması( BP standartları və yerli qanunvericilik);
• İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;
• Fəhlə və qulluqçuların ,mühəndis texniki işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasını və və müvafiq qeydiyyatların aparılmasını daim nəzarətdə saxlamaq;
• İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət etmək
• SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqləri aparmaq və uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq göstərişlər vermək;
• İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştrak etməlidir;
• Şirkətin SƏTƏM üzrə risk qiymətləndirmələrini mütəmadi nəzərdən keçirmək və əməl olunmasına nəzarət etmək
Tələblər:
• Ali təhsil
• 28-55 yaşında bəy namizəd
• Dil bilikləri:Azərbaycan dili. Xarici dil biliyi arzuolunandır.
• Komputer bilikləri (Microsoft office)
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti.
• Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür
Bu namizədlərə üstünlük veriləcək:
• Ətraf mühitin qorunması sahəsində bilik və təcrübəyə malikdirsə;
• Neft-qaz və boru xətlərinin çəkilişi sahəsində sahə təcrübəsi varsa;
• Sahə üzrə risk təhlilləri, qəza halları və qabaqlayıcı tədbirlərlə bağlı təcrübəsi varsa.
Müsahibə üçün müraciət ünvanı:
Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
İş qrafiki və qeydlər:
• İş yerinin ünvanı: Ağsu
• Əmək haqqı: müsahibə əsasında təyin olunacaq
• İş stajı: İş qrafiki: (6 gün)
• Minimum 2 il staj
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Sətəm üzrə mütəxəssisi” adını qeyd edərək e-mail s.jafarova@amalgroup.az ünvanına göndərmələri xahiş olunur.