İş yeri:
Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi
Əmək haqqı:
Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
• Ali təhsil (Tibbi və ya iqtisadi sahələr üzrə)
• Sahə üzrə minimum 2 il iş təcrübəsi
• Dil bilikləri: İngilis dili – yaxşı
• Kompüter bilikləri: Microsoft Office – yüksək
• Aktuari şəhadətnaməsinin olması arzuolunandır
Bacarıqlara dair tələblər:
· Komandada işləmə bacarığı
· Məsuliyyətlilik
· İntizamlılıq
· Nəticəyönümlülük
· Analitik düşünmə qabiliyyəti
İşin təsviri:
· Ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısının və tariflərinin müəyyən edilməsi;
· Sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısının və tariflərinin müəyyən edilməsi;
· Xidmətlər Zərfinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
· Tibbi xidmətlərin siyahısının və tariflərinin dövri olaraq reviziyası və optimallaşdırılması;
· Tariflərin iqtisadi cəhətdən səmərəliliyinin, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyətinin araşdırılması;
· Ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin sayının və çeşidinin artırılması və ya azaldılması;
· Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuları araşdırmaq və cavablandırmaq;
· Aylıq, rüblük, illik hesabatların hazırlanması;
Əlavə qeydlər:
• İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
Mövzu sətrində “Tibbi tariflər şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır;
CV-lər 20 iyul, 2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.