Azərbaycan İnvestisiya Holdinqi Korporativ maliyyə və investisiyalar departamentinin Korporativ maliyyə şöbəsinə “Baş mütəxəssis” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.
Vəzifə funksiyaları:
- Portfel şirkətlərin strateji planlarının təhlili və onlardan irəli gələn kapital qoyuluşu strategiyalarının hazırlanması;
- Təqdim olunan investisiya layihələrinin ilkin və ətraflı mərhələdə dəyərləndirilməsi, bu layihələrin maliyyə dayanıqlılığının təhlil olunması;
- İnvestisiya fürsətlərinin və investisiya qoyuluşu layihələrinin təhlilinin müvafiq maliyyə modelləri (NPV, IRR və digər modellər) yaratmaqla həyata keçirilməsinə dəstək göstərilməsi və müvafiq analizlərin aparılması;
- Portfel şirkətləri tərəfindən təqdim edilən qiymətləndirmə modelləri, layihə planları və investisiya memorandumlarının nəzərdən keçirilməsi və təhlili;
- Layihələrin prioritetləşdirilməsi və kapital qoyuluşu büdcələrinin təhlili və tərtibi;
- Potensial portfel şirkətlərinin alınması və birləşdirilməsi (M&A) üzrə layihələr çərçivəsində araşdırma və təhlil proseslərində iştirak;
- İnvestisiyalara uyğun təqdimatların, tövsiyə yazılarının və memorandumların hazırlanması prosesində iştirak;
- Bazar trendləri ilə bağlı analitik araşdırmaların aparılması, bu təhlillər əsasında investisiya qərarlarına töhfə verəcək hesabat və tövsiyələrin hazırlanması;
- Portfel şirkətlərin biznes planlarının təhlili və zərurət halında təhlillərə əsaslanan təkliflərin verilməsi;
- Portfel şirkətlərinin korporativ maliyyə sahəsində hüquqi aktlar, texniki norma və qaydalar, sahənin inkişafına yönəldilmiş proqramlar, inkişaf konsepsiyaları və digər sənədlərin layihələrinin işlənib hazırlanmasında iştirak.
Namizədə dair tələblər:
- Ali təhsil (mühasibat uçotu, maliyyə və s. əlaqəli sahələr);
- Korporativ maliyyə, şirkətlərin qiymətləndirilməsi, maliyyə modelləşdirilməsi, investisiyalar sahəsi üzrə ən azı 5 il iş təcrübəsi (böyük dördlük (Big4) şirkətlərində və ya digər qabaqcıl konsaltinq şirkətlərində iş təcrübəsi arzuolunandır);
- Texniki-iqtisadi əsaslandırmalar üzrə biliklər;
- Maliyyə modelləşdirilməsi və şirkətlərin qiymətləndirilməsi üzrə praktiki biliklər;
- Müvafiq sahə üzrə müxtəlif sertifikatlara (CFA, ACCA, CIMA, CPA və s.) malik olan şəxslərə üstünlük verilir;
- MS Office proqramlarında səlis işləmək bacarığı (mükəmməl Excel bacarıqlarına üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
- Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 1 sentyabr 2025-ci il tarixədək ünvanlaya bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.