spot_img
HomeKaryeraADAS Tədris Mərkəzi İngilis Dili Müəllimi Axtarır
spot_img

ADAS Tədris Mərkəzi İngilis Dili Müəllimi Axtarır

ADAS Tədris Mərkəzi məktəblilər (12–17 yaş) və böyüklər (18+) üçün General və Professional English dərslərini tədris edəcək peşəkar və yaradıcı İngilis dili müəllimi axtarır.

Vəzifə öhdəlikləri:

  • 12–17 yaşlı şagirdlərə interaktiv, oyunlaşdırılmış və danışıq yönümlü dərslər keçmək
  • 18+ yaş qrupunda olan iştirakçılar üçün məqsədyönlü tədris planları hazırlamaq (pre-IELTS səviyyəsində)
  • Hər iki qrup üzrə həftəlik dərs planı və qiymətləndirmə sistemini hazırlamaq
  • Tələbələrin inkişafını izləmək və mütəmadi geribildirim təqdim etmək
  • Demo dərslərdə iştirak etmək və valideyn/məzun əlaqələrinin qurulmasına dəstək vermək

Namizəddən tələblər:

  • İngilis dili üzrə ali təhsil
  • Hər iki yaş qrupu ilə minimum 2 illik tədris təcrübəsi
  • Müasir tədris metodikalarına bələdlik (kommunikativ, oyun əsaslı, məqsədyönlü təlim)
  • IELTS, TOEFL, TKT və ya digər beynəlxalq dil sertifikatlarına sahib olmaq üstünlükdür
  • Güclü yumşaq bacarıqlar: səbr, motivasiyaetmə, aydın izah bacarığı
  • Zoom, Google Classroom və digər rəqəmsal tədris platformalarında işləmə bacarığı

Təklif etdiklərimiz:

  • Əmək müqaviləsi və rəqabətədavamlı əməkhaqqı
  • Daxili mentor dəstəyi və tədris resurslarına çıxış imkanı
  • Müxtəlif təlim və peşəkar inkişaf proqramlarında iştirak
  • İnovativ və dostluq mühitində çalışma fürsəti
  • Tələbələrin uğurlarının rəsmi portfoliolarda nümayişi
  • Yaxın gələcəkdə LMS platformasında müəllim kimi fəaliyyət imkanı

Müraciət qaydası:

CV və qısa motivasiya məktubunuzu job@adas.edu.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsində “İngilis dili müəllimi – General & Professional” qeyd edilməlidir.

Ünvan: Azadlıq prospekti 192E, Bakı
Veb sayt: www.adas.edu.az
Əlaqə nömrəsi: +994 55 306 54 34

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar