AzTelco Group olaraq işə qəbul proseslərini strateji şəkildə idarə edəcək, yüksək keyfiyyətli namizədləri müəyyənləşdirib komandamıza cəlb edəcək təcrübəli və peşəkar “İşə qəbul üzrə Baş Mütəxəssis” axtarırıq.
Əsas Vəzifə Öhdəlikləri:
· Vakansiya profillərinin hazırlanması və elanların yerləşdirilməsi;
· Namizəd axınının təmin olunması və ilkin seçimlərin aparılması;
· Kompetensiya əsaslı müsahibələrin təşkili və keçirilməsi;
· Kadr ehtiyatı bazasının formalaşdırılması və yenilənməsi;
· Namizəd təcrübəsinin optimallaşdırılması;
· İşəqəbul göstəricilərinin təhlili və hesabatların təqdim olunması;
· Vəzifə tələbləri və seçim meyarlarını müəyyən etmək üçün işə götürən menecerlərlə əməkdaşlıq etmək;
· Müsahibə və qiymətləndirmə alətlərinin tətbiqi;
· Karyera portalları və təchizatçılarla əməkdaşlıq.
Tələblər:
· Ali təhsil (İnsan resursları, idarəetmə, psixologiya və ya əlaqəli sahə üzrə);
· İşəqəbul sahəsində ən azı 3-5 il təcrübə;
· Texniki və ixtisaslaşmış vakansiyalar üzrə təcrübə üstünlükdür;
· Azərbaycan dili sərbəst; İngilis dili yaxşı səviyyədə;
· MS Office və HRM sistemlərində işləmək bacarığı;
· Yaxşı ünsiyyət, təhlil və problem həll etmə bacarığı;
· Müsahibə texnikaları və qiymətləndirmə metodikaları üzrə biliklər.
Təklif Olunan Şərtlər:
· Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
· Könüllü tibbi sığorta və korporativ sosial paket;
· Nahar təminatı;
· Açıq və dəstəkləyici iş mühiti.
Müraciət Qaydası:
CV-lərinizi “İşəqəbul üzrə Baş Mütəxəssis” başlığı ilə career@aztelco.az email ünvanına göndərə bilərsiniz.