Google, dünyanın ən böyük texnologiya şirkətlərindən biri olaraq, 2025–2026-cı illər üçün Generation Google Təqaüd Proqramını elan edib. Bu proqram kompüter elmləri sahəsində təhsil alan və gələcəkdə bu sahədə lider olmağı hədəfləyən tələbələr üçün nəzərdə tutulub. Eyni zamanda, az təmsil olunan icmalardan olan gənclərin təhsil alaraq cəmiyyətə töhfə verməsini dəstəkləmək məqsədi daşıyır.
Təqaüdün müddəti:
1-2 il (regiona görə dəyişir)
Təqaüd məbləğləri (2025–2026):
- 2,500 ABŞ Dolları
Tələblər:
- 2024–2025-ci tədris ilində universitetin 2-ci və ya 3-cü kursunda oxuyan tələbələr
- 2025–2026-cı tədris ilində təhsillərini davam etdirmək niyyətində olmaq
- Kompüter elmləri, kompüter mühəndisliyi və ya oxşar texniki sahədə təhsil almaq
- Liderlik qabiliyyəti nümayiş etdirmək
- Yaxşı akademik göstəricilərə sahib olmaq və maliyyə ehtiyacı olduğunu göstərmək
- Google əməkdaşlarının övladları müraciət edə bilməz
Müraciət Qaydası:
- Onlayn ərizə formasını doldur
- Yeni hesab yarat
- Əlaqə və təhsil məlumatlarını daxil et
- Tələb olunan sənədləri PDF formatında yüklə
- Qısa esse suallarına cavab ver
- Müraciətini tamamla
Tələb olunan sənədlər:
- CV və ya tərcümeyi-hal
- 2 tövsiyə məktubu
- Universitetdən rəsmi akademik transkript
Son müraciət tarixi:
14 avqust 2025
Bu imkan kompüter elmlərində təhsil alan və texnologiya sahəsində karyera qurmaq istəyən Azərbaycanlı gənclər üçün dəyərli fürsətdir.