spot_img
HomeKaryera“İnsan resursları əməliyyatları üzrə mütəxəssis” vakansiyası aktivdir. Xanım namizəd axtarılır.
spot_img

“İnsan resursları əməliyyatları üzrə mütəxəssis” vakansiyası aktivdir. Xanım namizəd axtarılır.


Vəzifə təlimatları:
– Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliklərinin edilməsi, əmək müqavilələrinin hazırlanması və dəyişikliklərin edilməsi, elektron sistemə bildirişlərin daxil edilməsi;
– İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
– Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
– Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
– Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
– Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi.

Namizədə tələblər:
– Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
– İnsan Resursları əməliyyatları üzrə təcrübə (ən azı 1 il);
– Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
– Elektron Hökümət Portalları ilə (e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
– Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək;
– Güclü analiz və sosial-kommunikasiya bacarığı;
– Operativ və düzgün qərar vermək bacarığı;
– Problemləri həll etmə bacarığı.

Digər məlumatlar:
–  Əmək haqqı: 600-800 AZN (razılaşma əsasında).
–  Ünvan: Xətai rayonu,8 noyabr pr
–  Nahar və korporativ nömrə şirkət tərəfindən verilir.
–  İş saatları: 9:00-18:00 (tam ştat – 5 günlük).

Bu tələblərə uyğun olan namizədlər Gunay.Nuriyeva@venta.az mail ünvanına cv-lərini göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar