Friedrich Ebert Vəqfi 2025–2026-cı tədris ili üçün beynəlxalq tələbələrə yönəlik tam təqaüd proqramı elan edib. Bu proqram bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan və ya təhsil almağı planlaşdıran tələbələr üçün nəzərdə tutulub. Dünyanın bütün ölkələrindən olan tələbələr bu proqram çərçivəsində müraciət edə bilərlər.
Təqaüd proqramı akademik göstəriciləri yüksək olan, ictimai fəaliyyətlərə maraq göstərən və motivasiyalı tələbələrə yönəlib. Seçilmiş namizədlər aylıq maliyyə dəstəyi ilə təmin olunacaqlar. Belə ki, bakalavr tələbələri ayda 750 avro, magistr tələbələri isə ayda 850 avro təqaüd alacaqlar. Əgər tədqiqatçı uşaqlıdırsa, ona əlavə olaraq 276 avro dəyərində dəstək də veriləcək. Təqaüd eyni zamanda tələbələrin sağlamlıq sığortasını da əhatə edir.
Friedrich Ebert Vəqfi Almaniyanın ən nüfuzlu təşkilatlarından biri olmaqla yanaşı, ölkədə 1-ci sırada, dünya universitetləri sıralamasında isə 175-ci yerdə qərarlaşıb. Təqaüd proqramı çərçivəsində ümumilikdə 40 tələbəyə tam dəstək göstərilməsi planlaşdırılır.
Əgər siz də Almaniyada yüksək keyfiyyətli, eyni zamanda pulsuz təhsil almaq istəyirsinizsə, bu fürsəti qaçırmayın. Müraciət üçün son tarix 30 noyabr 2025-dir. Təqaüd proqramına müraciət və daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz.
Hazırsınızsa, sizi bu beynəlxalq təqaüd fürsətindən yararlanmağa dəvət edirik!