İşəgötürən: Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs
Vəzifə: Anbar müdiri
İşin təsviri:
- Klinikaya daxil olan malların, dərman vasitələrinin, tibbiləvazimatların və digər materialların qəbulunu və yoxlanılmasını təşkil etmək;
- Malların qəbulu zamanı miqdar və keyfiyyət göstəricilərinin sənədlərlə uyğunluğunu yoxlamaq;
- Anbarda saxlanılan malların düzgün yerləşdirilməsini və qeydiyyatını təmin etmək;
- Tibbi və digər bölmələrin sifarişlərini əsas götürərək məhsulların buraxılışına nəzarət etmək və buraxılış sənədlərini rəsmiləşdirmək;
- Anbar proqramlarında gündəlik əməliyyatların düzgün şəkildə aparılmasına nəzarət etmək;
- İnventarizasiyaların təşkili və nəticələrinin hesabatının hazırlanması;
- Anbarın təmizliyi, təhlükəsizliyi və sanitar-gigiyenik şəraitinin normativ tələblərə uyğun saxlanılmasına nəzarət etmək;
- Etibarlılıq müddəti bitmək üzrə olan və ya istifadəyə yararsız materialların vaxtında müəyyən olunması və aktlaşdırılması;
- Müvafiq hesabatların (qalıq, hərəkət, zərər, silinmə və s.) rəhbərliyə təqdim edilməsi;
- Tələb olunan təchizat materiallarının planlaşdırılması və sifariş prosesində iştirak etmək;
- Komandada çalışan əməkdaşların (anbardar, köməkçilər) fəaliyyətinə rəhbərlik etmək və iş bölgüsünü təşkil etmək.
Tələblər:
- Ali təhsil (logistika, menecment, iqtisadiyyat sahəsində olması üstünlükdür);
- İdarəetmə sahəsində minimum 5 il iş təcrübəsi (tibb müəssisəsi sahəsində təcrübə üstünlükdür);
- Anbar uçotu və idarəetməsi prinsipləri üzrə biliklər;
- Anbar proqramları (1C, ERP və s.) ilə işləmək bacarığı;
- Tibbi və təsərrüfat məhsulları barədə əsas anlayışlara malik olmaq;
- Analitik düşünmə və hesabatvermə bacarığı;
- Komanda idarəetməsi və problem həll etmə bacarığı;
- Fiziki iş mühitində işləmək qabiliyyəti və operativlik.
Tələbolunan sənədlər:
- tərcümeyi-hal;
- CV;
- ali təhsili təsdiq edən sənəd və ya sənədlərin surəti.
Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
Müraciət üçün son tarix:15 avqust 2025-ci il Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri kufmhs@karabakh.edu.az elektron poçt ünvanına başlıqda “Anbar müdiri” yazmaqla göndərməyiniz xahiş olunur.
Qeyd: Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.