Vəzifə təlimatları:
– İşgüzar yazışmaların və danışıqların aparılması.
– Görüşlərin təşkili və işin izlənilməsi.
– Direktoru keçirdiyi danışıqların, görüșlərin, iclasların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı və iștirakçılara görüșün tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması) görmək.
– Müvafiq sənədlərin toplanması, yerləşdirilməsi və qeydiyyatının aparılması.
– Direktorun gündəlik iş günü planının təmin edilməsi.
– Tapşırıqlar gündəliyinin tutulması və izlənilməsi.
– Zəruri hesabatların hazırlanması və direktora təqdim olunması.
– Rəhbərliyin adiyyatı üzrə tapşırıqlarının icrası.
Namizədə tələblər:
– Sahə üzrə minimum 1 il iş təcrübəsi (direktor köməkçisi kimi təcrübə vacibdir).
– Yaş həddi: 23-40.
– Kargüzarlığı bilməli.
– Cəld, dinamik, məsuliyyətli, diqqətli.
– Microsoft Office bilikləri vacibdir.
– Rus dili biliyi mütləqdir.
– İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti.
– Tələbə qəbul edilmir.
Digər məlumatlar:
– Əmək haqqı: 800-1000 AZN.
– Ünvan: Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov 5X.
– Nahar şirkət tərəfindən verilir.
– İş saatları: 9:00-18:00 (tam ştat-5 günlük).
Bu tələblərə uyğun olan namizədlər Gunel.Ismayilova@venta.az mail ünvanına cv-lərini göndərə bilərlər.