İş təcrübəsi: 3-4 il
- Vakansiya növü: Tam ştat
- Son Tarix: 31-08-2025
Vəzifə və öhdəliklər
- Bankın brend dəyərlərinə uyğun və müştəri təcrübəsini artıracaq ünsiyyət üslubu üzrə (tone of voice) strategiya hazırlamaq
- Müştəri rəy və davranışları, bazar trendləri və ən yaxşı təcrübələri izləyərək bankın ünsiyyət metodlarını daim təkmilləşdirmək
- Daxili və xarici kommunikasiya kanallarında brend tonunun qorunması və vahid üslubun tətbiq edilməsinə nəzarət
- Fərqli müştəri seqmentlərinə uyğun kommunikasiya tonlarının təyin edilməsi, tətbiqi və şablonların hazırlanması
- Müştəri xidməti, Call Center, məhsul, marketinq və digər komandalar üçün üslub və ünsiyyət üzrə təlimlər, seminarlar keçirmək
Tələblər
- Müştəri təcrübəsinin idarəedilməsi, ünsiyyət üslubu üzrə minimum 3 illik təcrübə
- İstifadəçi yönümlü düşüncə tərzi
- Fərqli auditoriyalar üçün ünsiyyət strategiyalarının hazırlanması və tətbiqi üzrə praktiki təcrübə
- Təqdimat bacarıqları