Hüquq sahəsində iş imkanı!
Şirkət: EGA Consulting Company
Vəzifə: Hüquqşünas
Əsas vəzifələr:
· Hüquqi şəxsin təsis sənədlərinin hazırlanması və aidiyyəti üzrə göndərilməsi
· Mülki müqavilələrin layihələrinin hazırlanması; Şirkətə kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğunluğunun yoxlanılması;
· Hüquqi şəxslərin fəaliyyəti üzrə tələb olunan hüquqi təsdiqedici sənədlərin alınması üçün vaxtında müraciət edilməsi (patent, əmtəə nişanı, sertifikat, icazalər və s.), iş fəaliyyəti ilə bağlı sertifikatların və digər hüquq təsdiqedici sənədlərin alınması;
· Dövlət orqanlarından gələn müraciətlərin cavablandırılması
· Müştəri şirkətlərdən gələn hüquqi müraciətlərin cavablandırılması
Namizəddən tələblər:
· Hüquqi sənədlərlə işləmə və hüquqi rəylər hazırlama bacarığı
· Güclü ünsiyyət və komandada işləmə bacarığı
· Hüquqi təhlil və araşdırma aparma qabiliyyəti
· Rus və İngilis dillərini bilən namizədlərə üstünlük
· Yüksək yazılı və şifahi kommunikasiya bacarığı
İş şərtləri:
İş qrafiki: 5 günlük iş həftəsi
İş yeri: Səməd Vurğun 58A, AF COM Centre
Müraciət:
Qeyd olunan tələblərə cavab verən namizədlər CV-ni “Hüquqşünas” başlığı ilə info@ega.az ünvanına göndərə bilərlər.



