spot_img
HomeKaryeraQarabağ Universitetində “İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri” vakansiyası
spot_img

Qarabağ Universitetində “İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri” vakansiyası

İşin təsviri:

  • Universitetin kommunikasiya strategiyasının həyata keçirilməsi;
  • Şöbənin fəaliyyətinin planlaşdırılması, təşkili və nəzarət edilməsi;
  • Universitetin fəaliyyət və səlahiyyətlərinə aid olan məsələlərlə bağlı rəsmi mövqeyinin ictimaiyyətə açıqlanması, həmçinin mətbuat konfransları, brifinqlər və digər tədbirlərin təşkili, bölgələrə və xarici ölkələrə gedən rəsmi nümayəndə heyətinin müşayiət olunması;
  • Universitetin müsbət reputasiyasının gücləndirilməsi məqsədilə media, dövlət qurumları və tərəfdaşlarla əlaqələrin qurulması;
  • Təbliğat-təşviqat tədbirlərinin koordinasiyası, o cümlədən promo məhsulların hazırlanmasının təşkili;
  • Universitetin rəsmi saytı və sosial media hesablarının idarə edilməsi;
  • Böhran vəziyyətində kommunikasiyanın təşkili, həssas və ya mübahisəli məsələlərin danışıqlarla həll edilməsi;
  • Press-relizlər, xəbər bülletenləri, illik hesabatlar daxil olmaqla materialların yaradılması və yayılmasının təmin edilməsi;
  • Mediada işıqlandırma və PR kampaniyalarının effektivliyinin yoxlanılması, PR fəaliyyətlərinin nəticələrinə dair rəhbərliyin məlumatlandırılması.

Tələblər:

  • İctimaiyyətlə əlaqələr, jurnalistika və ya marketinq sahəsində ali təhsil;
  • İctimaiyyətlə əlaqələr və ya kommunikasiya sahəsində minimum 5 il, rəhbər
    vəzifələrdə minimum 2 il təcrübə (sözügedən təcrübənin ali təhsil müəssisələrində olması üstünlükdür);
  • Uğurlu PR kampaniyalarının hazırlanması və həyata keçirilməsi üzrə təcrübə;
  • Azərbaycan və ingilis dillərində yüksək səviyyədə ünsiyyət bacarığı;
  • Rəqəmsal kommunikasiya alətləri və platformalarından istifadə bacarığı;
  • Liderlik, idarəetmə, qərar qəbuletmə, problem həlletmə, tədqiqat və analitik təhlil bacarıqları;
  • Böhran kommunikasiyasının idarə olunmasına dair təcrübə.

Tələb olunan sənədlər:

  • tərcümeyi-hal;
  • CV;
  • ali təhsili təsdiq edən sənədlərin surəti;
  • Azərbaycan dilində müşayiətedici məktub (motivasiya, şöbənin fəaliyyəti ilə bağlı
    baxış – maksimum 500 söz);
  • tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).

Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
Qeyd 1: Universitetdə işləyən əməkdaşlar işlədikləri müddətdə Xankəndi şəhərində mənzillə
təmin olunur.
Qeyd 2: Müraciət üçün 29 avqust 2025-ci il tarixədək məktubun mövzu hissəsində “İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri” yazılmaqla, tələb olunan sənədlər
hr@karabakh.edu.az elektron poçt ünvanına göndərilməlidir. Yalnız vakansiyanın tələblərinə
uyğun gələnnamizədlərləəlaqəsaxlanılacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar