spot_img
HomeKaryeraBakı metropoliteni elektrik mühəndisi vəzifəsi üzrə təcrübə proqramı elan edir.
spot_img

Bakı metropoliteni elektrik mühəndisi vəzifəsi üzrə təcrübə proqramı elan edir.

Bakı metropolitenində elektrik təchizatı sistemlərinin təhlükəsiz və dayanıqlı fəaliyyətinə mühüm töhfə vermək, həmçinin nəzəri bilik və təcrübə qazanmaq istəyirsinizsə, bu fürsət sizin üçündür.
•    3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
•    Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
•    Təcrübə dövründə aylıq əməkhaqqı
•    Təcrübənin sonunda davamlı işə qəbul imkanı
Biz kimləri axtarırıq?
•    Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gənclər
•    Təhsili elektrik mühəndisi, elektroenergetika və avtomatika üzrə olan məzunlar
Seçim prosesi necə aparılır?
•    İxtisas üzrə test imtahanı
•    Müsahibə
•    Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?
•    Nahar (güzəştli)
•    Metropolitendən ödənişsiz istifadə
Müraciət üçün Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına “Elektrik mühəndisi” başlığını qeyd etməklə CV göndərə bilərsiniz. 
 
Müraciət üçün son tarix: 07 sentyabr 2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar