spot_img
HomeKaryeraQatarların təmiri üzrə mühəndis vəzifəsi üzrə təcrübə proqramı keçiriləcək
spot_img

Qatarların təmiri üzrə mühəndis vəzifəsi üzrə təcrübə proqramı keçiriləcək

Qatar sistemlərinin dayanıqlı və təhlükəsiz fəaliyyəti arxa planda çalışan mühəndislərin dəqiq və peşəkar işindən asılıdır.
Əgər sən də bu sahənin texniki tərəflərini yaxından görmək və real mühəndislik proseslərinin bir parçası olmaq istəyirsənsə, Bakı metropolitenində təqdim olunan təcrübə imkanı sənə öz bacarıqlarını təkmilləşdirmək və praktik biliklərini möhkəmləndirmək üçün geniş bir meydan açır.

•    3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
•    Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
•    Təcrübə dövründə aylıq əməkhaqqı
•    Təcrübənin sonunda davamlı işə qəbul imkanı

Biz kimləri axtarırıq?
•    Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gənclər
•    Təhsili elektroenergetika, mexanika, avtomatlaşdırma və rabitə üzrə olan məzunlar 

Seçim prosesi necə aparılır?
•    İxtisas üzrə test imtahanı
•    Müsahibə
•    Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?
•    Nahar (güzəştli)
•    Metropolitendən ödənişsiz istifadə

Müraciət üçün Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına “Qatarların təmiri üzrə mühəndis” başlığını qeyd etməklə CV göndərə bilərsiniz. 
 
Müraciət üçün son tarix: 7 sentyabr 2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar