spot_img
HomeTəqaüdlərİsveçrədə Elm və Mühəndislik üzrə Təqaüd İmkanı: CERN 2025
spot_img

İsveçrədə Elm və Mühəndislik üzrə Təqaüd İmkanı: CERN 2025

Bu proqram elm və mühəndislik sahəsində təhsil almış, karyerasına ara verib yenidən akademik fəaliyyətə qayıtmaq istəyən tədqiqatçılar üçün nəzərdə tutulub. Bütün ölkələrdən namizədlər müraciət edə bilər.

Müraciət şərtlərinə fizika, mühəndislik, kompüter elmləri və ya oxşar sahələrdə akademik təcrübəyə sahib olmaq, müəyyən müddət karyerada fasilə verdikdən sonra yenidən elmi araşdırmalara qayıtmaq istəyi, ingilis və ya fransız dilində ünsiyyət bacarığı, həmçinin tam və ya yarımştat işləməyə uyğunluq daxildir.

Proqram çərçivəsində 2 il müddətinə iş müqaviləsi təqdim olunur və bu müddət 3 ilə qədər uzadıla bilər. Namizədlərə aylıq 6.287 – 6.911 İsveçrə frankı məbləğində təqaüd ödənilir. Sağlamlıq sığortası ailə üzvlərini də əhatə edir. Eyni zamanda CERN Pensiya Fonduna üzvlük, ailə və məskunlaşma dəstəyi, proqramın əvvəlində və sonunda aviabilet təminatı, iş yerində təlimlər və dil kursları da nəzərdə tutulub.

CERN – Avropa Nüvə Araşdırmaları Mərkəzi fundamental fizika sahəsində dünyanın ən nüfuzlu tədqiqat institutlarından biridir.

Son müraciət tarixi: 7 sentyabr 2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar