spot_img
HomeKaryeraGələcəyin layihələrində iz qoymaq istəyirsən? – Elektrik işləri üzrə mühəndis vakansiyası!
spot_img

Gələcəyin layihələrində iz qoymaq istəyirsən? – Elektrik işləri üzrə mühəndis vakansiyası!

SOCAR Downstream komandası Elektrik İşləri üzrə Mühəndis vəzifəsinə yeni mütəxəssislər axtarır. Əgər sən zavod ərazisində həyata keçirilən elektrik avadanlıqları və sistemlərin texniki xidmət, təmir və idarəsini effektiv şəkildə icra edə bilmə bacarığına sahibsə, bu fürsət sən üçündür!

Vəzifənin məqsədi

Zavod ərazisində cavabdeh olduğun sahədə elektrik avadanlıqları və mexanizmlərin texniki xidmət və təmir işlərinin vaxtında və standartlara uyğun həyata keçirilməsini təmin etmək.

Əsas vəzifə öhdəlikləri
• SAƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) tələblərinə əməl etmək və iş sahəsini təhlükəsiz saxlamaq
• Prosedurlara və qaydalara uyğun olaraq avadanlıqların istismarına nəzarət etmək; lazımi materialları və alətləri vaxtında təmin etmək
• İş bitdikdən sonra avadanlıq və iş sahəsini təmiz saxlamaq, tullantıların idarə edilməsinə riayət etmək
• Texniki sorğulara cavab vermək, rəsmi məktublaşmaları və sənədləri hazırlamaq və qeydiyyatını aparmaq
• Podratçı və istehsalçılarla koordinasiya aparmaq, təkliflərini araşdırmaq və rəy vermək
• Toplantıların təşkilində və protokolların hazırlanmasında iştirak etmək, müəyyən edilmiş addımların vaxtında icrasına nəzarət etmək

Tələblər
• Mühəndislik üzrə bakalavr dərəcəsi
• Neft-qaz, neft-kimya və ya sənaye sektorunda layihə mühəndisliyi üzrə minimum 5 il iş təcrübəsi
• Podratçılar, istehsalçılar və çoxdisiplinli komandalarla koordinasiya sahəsində təcrübə
• Azərbaycan və İngilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
• Layihə sənədlərinin və spesifikasiyaların siyahısını tərtib etmək bacarığı
• Rəsmi məktubların və protokolların hazırlanması üzrə təcrübə
• Komanda ilə əməkdaşlıq etmək və dəyişən layihə mühitinə tez uyğunlaşmaq bacarığı

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar