spot_img
HomeBeynəlxalq LayihələrNTU Singapore Global Connect Fellowship 2026
spot_img

NTU Singapore Global Connect Fellowship 2026

NTU Singapore Global Connect Fellowship 2026 tam maliyyələşdirilən beynəlxalq proqramdır. Bu proqram gənc tədqiqatçılara Sinqapurun dinamik və beynəlxalq mühitə malik olan Nanyang Texnologiya Universitetində (NTU) 2–3 ay ərzində elmi araşdırmalarda iştirak etmək və dünya səviyyəli müəllimlərin rəhbərliyi altında çalışmaq imkanı yaradır.

Sinqapur dünyanın ən dinamik, inkişaf etmiş və çoxmillətli ölkələrindən biridir və Asiyaya açılan qapı hesab olunur. Burada iştirakçılar həm akademik, həm də sosial baxımdan zəngin təcrübə əldə edəcəklər.

Proqram haqqında

Fellows NTU-nun innovativ tədqiqat layihələrinə qoşularaq kampusda yaşayacaq və işləyəcəklər. NTU dünyanın ən yaxşı ali təhsil müəssisələrindən biridir və ən gözəl 15 kampus arasında göstərilir. Burada iştirakçılar müasir, “SMART” kampusda təhsil və tədqiqatla yanaşı sosial fəaliyyətlərdən də yararlana biləcəklər.

Global Connect Fellowship bakalavr və magistratura pilləsində təhsil alan, 2026-cı ildə məzun olacaq tələbələr üçün nəzərdə tutulub. Proqram bütün ixtisaslar üçün açıq olsa da, STEM sahəsində təhsil alanlara üstünlük veriləcək. Kollec of Science üçün proqram 3 ay, digər fakültələr üçün isə 2 ay davam edəcək.

Proqram çərçivəsində professional inkişaf seminarları təşkil olunacaq. Həmçinin iştirakçılar araşdırma nəticələrini GCF Simpoziumunda təqdim edəcəklər.

Proqramın Detalları

  • Proqram dövrü: 1 fevral – 31 mart 2026
  • Müddət: 2 ay

Faydaları

  • Təhsil haqqı tam qarşılanır.
  • Kampusda pulsuz ikinəfərlik otaqlarda yerləşmə təmin olunur.
  • İlk ay üçün 2,000 SGD məbləğində birdəfəlik məskunlaşma müavinəti verilir.
  • Hər ay 1,500 SGD təqaüd təyin olunur.
  • Təcrübəli alimlər və professorlarla birgə işləmək imkanı.
  • Sinqapurun çoxmədəniyyətli mühitində yaşamaq və karyera qurmaq imkanı.
  • Master-klasslar və seminarlarla peşəkar bacarıqların inkişafı.
  • GCF Simpoziumunda araşdırmaların təqdim olunması.
  • Sosial və mədəni tədbirlərdə iştirak etməklə qlobal şəbəkə qurmaq imkanı.

Tələblər

  • Hal-hazırda bakalavr və ya magistratura pilləsində təhsil alan və 2026–2027-ci illərdə məzun olacaq tələbələr.
  • Artıq məzun olmuş şəxslər müraciət edə bilməz.
  • STEM sahəsi üzrə tələbələrə üstünlük veriləcək.
  • Yaxşı akademik göstəricilər (GPA).
  • NTU-da tədqiqat aparmaq və gələcəkdə doktorantura təhsilinə davam etmək motivasiyası.

Müraciət Qaydası

  1. E-mail daxil edin və müvafiq səviyyəni seçin.
  2. “Application No.” yaradın.
  3. Online ərizə formasını doldurun.
  4. Şəxsi məlumatlar, akademik göstəricilər, iş təcrübəsi (əgər varsa) qeyd edin.
  5. Əlavə məlumatları daxil edin və təcili əlaqə nömrəsini göstərin.
  6. Lazımi sənədləri əlavə edin.
  7. Bəyanatla razılaşaraq formu təsdiqləyin və göndərin.

Tələb Olunan Sənədlər

  • CV və ya Resume
  • Fotoşəkil (soft copy)
  • Rəsmi transkriptin ingilis dilində surəti
  • Pasportun surəti
  • Tövsiyə məktubu (opsional)
  • Motivation Letter / Statement of Purpose
  • 1–2 dəqiqəlik motivasiya videosu

Son müraciət tarixi

30 sentyabr 2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar