Vəzifə öhdəlikləri:
İş yerlərində əməyin mühafizəsinə və texniki təhlükəsizliyinə nəzarət etməsi;
İstehsalatda zədələnmə səbəblərinin analizı, qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi;
Müvafiq nümayəndələr ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi;
Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;
İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;
Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etməsi;
SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;
İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi;
İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırması;
Potensial təhlükə mənbəyi olan iş metodları, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görməsi;
İş şəraitini, avadanlıqları, və təcrübələri təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi.
Bilməlidir:
Azərbaycan Respublikasının qanunlarını;
Müvafiq sahə üzrə beynəlxalq standartları;
Əməyin təşkilinin əsaslarını;
Daxili əmək intizamı qaydalarını;
Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Vəzifə tələbləri:
Ali təhsilin olması tələb edilir.
Müvafiq sahə üzrə mütəxəssis kimi ən az 1 il iş təcrübəsi;
SƏTƏMM üzrə tələb olunan yerli və beynəlxalq sertifikatların olması;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları;
Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı, hesabatlılıq;
Yüksək ünsiyyət qabiliyyəti, komanda işində çeviklik;
Vaxtın idarə edilməsi və konfliktlərin peşəkar həlli;
Liderlik bacarıqları, detallı və analitik düşüncə.
Əlavə məlumat:
Struktur: SƏTƏMM şöbəsi
Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
Funksional rəhbəri: SƏTƏMM üzrə menecer
İş yeri: Yevlax rayonu
İş qrafiki: 6 günlük iş həftəsi (həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)
Maraqlanan şəxslər öz CV formalarını “SƏTƏMM üzrə mütəxəssis – Yevlax” başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.